Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycanda qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması sistemi təqdim edilib
May 14, 2021

Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycanda qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması sistemi təqdim edilib


Azərbaycanda qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ölkədə ilk dəfə sertifikatlaşdırma sistemi təşkil edilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə həyata keçirilən bu layihənin məqsədi qeyri-formal iş sektorunda təlim üçün bərabər imkanların yaradılması və bacarıqların tanınması istiqamətində güclü sertifikatlaşdırma sisteminin qurulmasıdır.

Yeni qiymətləndirmə prosesi çərçivəsində bu yaxınlarda Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində quru inşaat üzrə ilk rəsmi imtahan keçirilib. Bütün namizədlər özünü qiymətləndirmə, yazılı test və praktiki tapşırıqdan mərhələlərindən keçib. Namizədlərin bacarıqlarını qiymətləndirən imtahan komissiyasında TKTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ixtisaslaşmış beynəlxalq ekspert və iki yerli mütəxəssis iştirak edib.

“Bu kağız parçasının mənim üçün nə qədər əhəmiyyətli olduğunu təsvir etmək çətindir. İllərdir ki, buna bənzər bir prosesin olmasına ümid edirdim. Bu sertifikatla bacarıqlarımı sübut edə bilərəm və işim üçün daha uyğun qiymət tələb edə bilərəm”. Bu sözləri imtahanda iştirak edən 34 yaşlı Zeynal Zeynalov deyib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bir neçə peşə sahəsi üçün eyni prosesi işləyib hazırlamağı planlaşdırır.

Səriştələrin tanınması sistemi, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi və Azərbaycanın peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsinə yönəlmiş “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına dəstək” adlı layihənin bir hissəsidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,