Aİ-nin layihəsi çərçivəsində Azərbaycanlı fermer və sahibkarlar Xorvatiyaya səfər ediblər
Oktyabr 13, 2023

Aİ-nin layihəsi çərçivəsində Azərbaycanlı fermer və sahibkarlar Xorvatiyaya səfər ediblər


Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarların Xorvatiyaya tanışlıq xarakteri daşıyan səfəri təşkil edilib.

Səfər Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən “Lənkəran-Astara iqtisadi regionunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” layihəsi çərçivəsində təşkil edilib. 

5 günlük səfər zamanı Azərbaycanlı fermer və sahibkarlar Xorvatiyanın müxtəlif bölgələrində meyvə-tərəvəz istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və şirkətlərin fəaliyyəti ilə yaxından tanış olublar.  

Onlar Aİ-yə üzv ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalında tətbiq edilən qabaqcıl texnologiyalar, standartlar və digər yeniliklər barədə geniş məlumatlar alıblar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,