Aİ-nin dəstəyi ilə Azərbaycanın tekstil sektoru üçün təlimlər təşkil olunub
Mart 4, 2021

Aİ-nin dəstəyi ilə Azərbaycanın tekstil sektoru üçün təlimlər təşkil olunub


Avropa İttifaqı tərəfindən maliyyələşdirilənGəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstəklayihəsi çərçivəsində tekstil sahəsində tədris aparan müəllimlər, təlimçilər və bu sahədə çalışan mütəxəssislər üçün Azərbaycanın ən perspektivli sektoru hesab edilən tekstil sektoruna dair on günlük təlimlər təşkil edilib.

Təlimlər, dizayner və geyim istehsalı üzrə mütəxəssis tərəfindən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin yeni tikiş emalatxanasında keçirilib. Proqram tekstil sektorunda mövcud tendensiyalar və sahənin tələbləri, bazaryönümlü məhsulların istehsalı, eləcə də müasir avadanlıqlar və elektron simulyasiya proqramlarının istifadəsi ilə bağlı sessiyaları əhatə edib.
Proqramda iştirak edən istehsal təlimi ustaları yeni qazandıqları bilikləri peşə təhsil mərkəzinin tələbələri və digər müəllimlərlə bölüşəcəklər.
Sözügedən təlim proqramı BMT-nin İnkişaf Proqramı (UNDP), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Aİ-nin dəstəyi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub. Sözügedən layihə Azərbaycanın peşə təhsili sistemini gücləndirmək və müasirləşdirmək məqsədi daşıyır. Qeyd edək ki, layihə artıq Gəncədəki peşə təhsil mərkəzinin tekstil emalatxanasını müvafiq avadanlıqlarla təmin edib.

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,