Aİ-nin Azərbaycandakı Nümayəndəliyi keçmiş məhbusların cəmiyyətə yenidən inteqrasiyasına töhfə verən kampaniyaya başlayıb

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi keçmiş məhbusların cəmiyyətə yenidən inteqrasiyasına töhfə verən kampaniyaya başlayıb

Yanvar 20, 2022

Bu həftə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda Penitensiar İslahatlara Əlavə Dəstək” layihəsindən faydalanan keçmiş məhbusların uğur hekayələrini işıqlandırmağa başlayıb. 

2021-ci ilin oktyabrına başa çatan həmin layihə keçmiş məhbusların cəmiyyətə yenidən inteqrasiyasına töhfə vermişdir. Layihə çərçivəsində 122 nəfər peşə bacarıqlarını artırmış, onlardan 11 nəfəri işlə təmin olunmuş, 16 nəfər keçmiş məhkum sahibkarlıq fəaliyyətinə başlamış, 342 nəfərə hüquqi yardım, 398 nəfərə isə psixo-sosial dəstək göstərilmişdir. 

Layihəyə cəlb olunmuş üç vətəndaş cəmiyyəti təşkilatından biri olan Uluçayın dəstəklədiyi keçmiş məhbusların uğur hekayələri artıq Nümayəndəliyin Facebook səhifəsində paylaşılıb. Keçmiş məhbus olan Nüsrətə öz köhnə peşəsinə qayıtmaq və bu sahəni inkişaf etdirmək tövsiyə olunub. Layihə ona 5 qoyun alıb və hazırda Nüsrət çobanlıq edib təsərrüfatını genişləndirməkdədir. 

Daha çox hekayə üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsinə baş çəkin.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,