Aİ-nin Azərbaycandakı səfiri müstəqil medianın mühüm rolunu vurğulamaq üçün yerli jurnalistlərlə görüşüb
May 14, 2024

Aİ-nin Azərbaycandakı səfiri müstəqil medianın mühüm rolunu vurğulamaq üçün yerli jurnalistlərlə görüşüb


Mayın 11-də, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ənənəvi olaraq Azərbaycanlı jurnalistlərlə görüş keçirib. 

“Ümumdünya Mətbuat Azadlığı Günü media azadlığının və plüralizmin əhəmiyyəti barədə məlumatlılığın artırılması, kütləvi informasiya vasitələrinin müstəqilliyi və təhlükəsizliyinə təhdidlərə qarşı müdafiəsi və bütün dünyada peşə fəaliyyətinə görə öldürülən və ya zərər çəkən jurnalistlərin xatirəsini ehtiramla yad etmək üçündür”, – Peter Mixalko bildirib. “Bu, həmçinin Aİ-nin Nümayəndəlikləri üçün müstəqil medianın demokratiya üçün olduqca vacib rolunu vurğulamaq və insanların keyfiyyətli, fakta əsaslanan məlumat əldə etmək hüququnu müdafiə etmək üçün dəyərli fürsətdir”. 

Aprelin 25-də Avropa Parlamenti böyük səs çoxluğu ilə Azərbaycanı Dok. Qubad İbadoğlu, İlhamiz Quliyev və digər siyasi məhbusları azad etməyə çağıran qətnamə qəbul edib

Parlamentdəki çıxışında Aİ-nin Ali nümayəndəsi Cozef Borrel Aİ-nin dəfələrlə Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı təzyiqlərin artması ilə bağlı narahatlığını ifadə etdiyini və Aİ-nin bunu “fərqli səsləri boğmaq, susdurmaq və ifadə azadlığını əlindən almaq cəhdi kimi” gördüyünü deyib. 

Aİ-nin məlumatına əsasən, 2023-cü ilin noyabr ayından etibarən sözügedən ölkədə bir sıra kütləvi informasiya vasitəsi və qeyri-hökumət təşkilatları ilə əlaqəli müstəqil jurnalistlərin və siyasi fəalların bir neçə həbs dalğası olub. İlhamiz Quliyev də daxil olmaqla azı 16 nəfər saxlanılıb. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,