Avropa İttifaqı liderləri “Avroviziya” mahnı müsabiqəsində qalib gələb Ukraynanın Kaluş Orkestra (Kalush Orchestra) musiqi qrupunu təbrik ediblər.
Müsabiqənin finalı mayın 14-ü və 15-də İtaliyanın Turin şəhərində baş tutub. Böyük sayda tamaşaçı kütləsi Ukraynalı müsiqi qrupuna səs verib. Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycan, Ermənistan və Moldova da finala qədər yüksəlməyi bacarıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kaluş Orkestra musiqi qrupunu təbrik edib və gələn il Avroviziya müsabiqəsinin “azad və bütöv Ukraynada” keçiriləcəyinə ümid etdiyini bildirib. Özünün Twitter hesabında Şarl Mişel bu musiqi qrupunun mahnısından bir parça paylaşıb: “Ломаними дорогами прийду я завжди до тебе” (“Dağılmış yollarla mən hər zaman sənin yanına gələcəyəm”).
“Bu gecə mahnınız bizim qəlblərimizi fəth etdi” və “Aİ sizinlədir”. Bunu isə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen öz Twitter hesabında paylaşıb.
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel də həmçinin təbriklərə qoşularaq bu sözləri paylaşıb: “Çox yaşa musiqi! Çox yaşa Avropa! Слава Україні! (Ukraynaya eşq olsun!)”.
Congratulations #KalushOrchestra and Ukraine for winning #Eurovision
— Ursula von der Leyen (@vonderleyen) May 14, 2022
Tonight your song won our heart.
We are celebrating your victory all over the world.
The EU is with you. pic.twitter.com/SVdx8NISVN
Щирі вітання #KalushOrchestra on winning the #esc2022 Congratulations!
— Charles Michel (@eucopresident) May 14, 2022
Ломаними дорогами прийду я завжди до тебе
Wishing that next year’s #Eurovision can be hosted in Kyiv in a free and united Ukraine. pic.twitter.com/HHJEk3kxlM
Congratulations #Ukraine and KalushOrchestra, you have won.
— Josep Borrell Fontelles (@JosepBorrellF) May 14, 2022
Long live music! Long live Europe!#Eurovision2022
Слава Україні! https://t.co/tbUnlg3AiL
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,