Aİ koronavirus pandemiyası ilə mübarizə məqsədilə əlavə olaraq 40 milyon avro vəsait ayırır
Aprel 29, 2021

Aİ koronavirus pandemiyası ilə mübarizə məqsədilə əlavə olaraq 40 milyon avro vəsait ayırır


Avropa Komissiyası Şərq Tərəfdaşlığı və Qərbi Balkanlar regionunda COVID-19 pandemiyasının iqtisadi təsirlərinin azaldılması məqsədilə EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən Cənub Şərqi Avropa üzrə Avropa Fonduna (EFSE) əlavə 40 milyon avro vəsait ayırıb. 

Ayrılan maliyyə vəsaiti böhranın yaratdığı problemlərin öhdəsindən gəlməkdə yerli maliyyə təşkilatlarının mikro və kiçik sahibkarlıq subyektlərini dəstəkləmə qabiliyyətini artırmaq məqsədilə istifadə olunacaq. Həmin vəsaitin əhəmiyyətli hissəsi xüsusən yerli valyutaların dəstəklənməsi üçün nəzərdə tutulub.  Bununla da kredit alanları məzənnədəki dəyişiklik riskindən qorumaqla əlavə təhlükəsizlik səviyyəsi təmin ediləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,