Aİ EU4Business layihəsinin Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyinə dair 2022-ci il üzrə hesabatını dərc edib
Oktyabr 21, 2022

Aİ EU4Business layihəsinin Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyinə dair 2022-ci il üzrə hesabatını dərc edib


Avropa Komissiyasının təqdim etdiyi hesabata əsasən, 2021-ci ildə Aİ ümumilikdə 78 000-ə yaxın  KOB-a dəstək təmin etmək üçün 140 milyon avro ayırıb. Bu KOB-ların üçdə bir hissəsi qadınlara məxsusdur. Nəticədə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada Aİ-nin dəstəklədiyi KOB-lar tərəfindən 66 000-dən artıq yeni iş yeri yaradılıb və 2 milyard avro əlavə gəlir əldə edilib.

2022-ci il üzrə hesabatda Aİ-nin sözügedən proqramın hər üç prioritet sahəsi (maliyyəyə çıxış imkanı, biznesin inkişafı üzrə xidmətlər və biznes üçün əlverişli mühit) üzrə ətraflı məlumat verilib. 

Hesabatda qeyd edilir ki, 18 000-ə yaxın KOB-a kredit şəklində dəstək verilib. Yerli tərəfdaşlar olan maliyyə qurumları vasitəsilə ümumilikdə 259 milyon avro həcmində kreditlər verilib. Kreditlərin orta hesabla miqdarı təxminən 14 000 avro olub. 

2021-ci ildə ayrılan maliyyə vəsaitinin 52 milyon avroya yaxın hissəsi ŞT ölkələrində fəaliyyət göstərən KOB-lara peşəkar bacarıqları inkişaf etdirmək məqsədilə verilib və bu ümumilikdə ayrılan maliyyə vəsaitinin 38%-ni təşkil edir. 55 000 məsləhət xidməti göstərilib və 600 biznesə dəstək təşkilatı təlimlərdə iştirak edib.

Bundan əlavə, biznes mühitini yaxşılaşdırmaq məqsədilə Aİ 25 milyon avro ayırıb. Dəstəyin köməyilə 227 dövlət qurumu, o cümlədən normayaradan qurumlar, tənzimləyicilər və hüquq-mühafizə orqanları öz imkanlarını təkmilləşdirə bilmiş, 600-ə yaxın qanun, normativ-hüquq və prosedurlarda islahatlar aparılmışdır.

EU4Business, Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlıq müəssisələrinə (KOB) Aİ-nin bütün dəstəyini özündə birləşdirən bir təşəbbüsdür. EU4Business təşəbbüsü, maliyyə mənbələrinə çıxış imkanının yaxşılaşdırılması və biznesin inkişafı xidmətləri ilə yanaşı, biznes sahəsində tənzimləmələrin təkmilləşdirilməsinin təşviqi yolu ilə KOB-ların inkişafını dəstəkləyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,