Aİ Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən mülki vətəndaşlara yardım ayırır 
May 21, 2021

Aİ Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən mülki vətəndaşlara yardım ayırır 


Mayın 17-də Avropa Komissiyası Cənubi Qafqazda dayanıqlığın gücləndirilməsi və sülh quruculuğu səyləri çərçivəsində Dağlıq Qarabağ və onun ətrafındakı son münaqişədən zərər çəkmiş mülki əhaliyə yardım məqsədilə daha 10 milyon avro humanitar yardım ayırıb. 2020-ci ilin sentyabrından etibarən Aİ yardıma ehtiyacı olan əhaliyə 17 milyon avrodan artıq maliyyə yardımı göstərib.

Yardımlardan məcburi köçkünlər, evlərinə geri dönənlər və qaçqınları qəbul edən icmalar daxil olmaqla, münaqişədən zərər çəkmiş həssas əhali qrupu faydalanacaq. Eyni zamanda yaşayış ərazilərində minaların təmizlənməsi və zərər çəkmiş əhalinin mina riski barədə məlumatlandırılması da nəzərdə tutulub. 

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi bildirib  ki, dəstəyimiz bununla bitmir: “Aİ münaqişənin daha hərtərəfli həllinə və regionda uzunmüddətli və sosial-iqtisadi bərpa və dayanıqlığın bərqərar olunmasına çalışır”. 

Qeyd edək ki, yardımlar BMT-nin müvafiq qurumları, beynəlxalq təşkilatlar və QHT-lərin köməyilə təmin edilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,