Aİ BMT-nin Təhlükəsizlik Şurasında: “Humanitar dəhliz heç bir tərəf tərəfindən siyasiləşdirilməməlidir”
UN Photo/Mark Garten
Avqust 22, 2023

Aİ BMT-nin Təhlükəsizlik Şurasında: “Humanitar dəhliz heç bir tərəf tərəfindən siyasiləşdirilməməlidir”


Avqustun 16-da Aİ-nin BMT-dəki Nümayəndəliyinin rəhbərinin müavini Silvio Qonzato BMT-nin Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən təcili iclasında bildirib ki, Avropa İttifaqı “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yerli əhalinin üzləşdiyi ciddi humanitar vəziyyətdən dərin narahatdır.

İclas Ermənistanın tələbi əsasında keçirilib.

“Beynəlxalq Ədalət Məhkəməsinin dəhlizin açılması ilə bağlı qərarlarına baxmayaraq, Laçın dəhlizində hərəkət səkkiz aydan çoxdur məhdudlaşdırılıb. Arabir tibbi təxliyyələr istisna olmaqla,15 iyun tarixindən etibarən Laçın dəhlizi bağlanıb”, – deyə Qonzato bildirib. “Dərman preparatlarının və zəruri təminat məhsullarının hədsiz dərəcədə çatışmadığı və ya artıq tükəndiyi və bunun da yerli əhali üçün ağır nəticələrə səbəb ola biləcəyi bildirilir”. 

O, Aİ-nin BQXK-nin regiondakı fəaliyyətinin ciddi şəkildə pozulması ilə bağlı təəssüfləndiyini və tibbi təxliyyələr və humanitar təchizat daxil olmaqla onun fəaliyyətinin tam bərpa olunmasına çağırdığını bildirib.

“Humanitar dəhliz heç bir tərəf tərəfindən siyasiləşdirilməməlidir”, – deyə Aİ-nin nümayəndəsi bildirib.

Qonzato həmçinin əlavə edib ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) müşahidə aparmaq və vəziyyətlə bağlı məlumat vermək, o cümlədən Ermənistanla Azərbaycan arasında etimadın yaradılması və münaqişənin həllinə töhfə vermək məqsədilə Azərbaycan ilə beynəlxalq sərhədin Ermənistan tərəfində mütamadi reydlər keçirir. 

Avropa İttifaqı, xüsusən də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 2021-ci ilin sonundan etibarən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində iştirak edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,