Aİ bir daha Azərbaycanı fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırır
May 30, 2024

Aİ bir daha Azərbaycanı fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırır


Bu gün Avropa İttifaqı Azərbaycan hökumətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olan bütün şəxsləri azad etməyə və “saxlanılan şəxslər üçün ləyaqətli və təhlükəsiz şəraitin, o cümlədən tibbi və müstəqil hüquqi xidmətlərə tam çıxışını” təmin etməyə dair təkrar çağırış edib.  

Bunu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mayın 25-də 154 məhbusun əfv edilməsi haqqında imzalanan fərmanın ardından Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı nümayəndəsi Peter Stano deyib. “Keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə məhkum edilmiş şəxslər daxil edilməyib”, – Stano qeyd edib. 

“Son ay ərzində müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə Abzas Media, Toplum TV, Kanal 11 və Kanal 13 kimi müstəqil media qurumlarının nümayəndələri, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək haqları qrupları və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb. Onların bir çoxunun məhkəməyəqədər həbs müddəti dəfələrlə uzadılıb”, – Stano bildirib.

O, əlavə edib ki, Aİ xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin sağlamlıq vəziyyətindən narahatdır: “Biz cənab İbadoğlunun təcili ehtiyacı olan müalicəni ala bilməsi üçün səyahət qadağasının ləğv edilməsi ilə bağlı bir daha Azərbaycan hökumətinə çağırış edirik”. 

Peter Stano həmçinin xatırladıb ki, Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) diqqət mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. 

“COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərait yaratmaq üçün bir fürsətdir”, – Stano əlavə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,