Aİ Bakı və Yerevan arasında görüşə vasitəçilik edib
Sentyabr 28, 2023

Aİ Bakı və Yerevan arasında görüşə vasitəçilik edib


Avropa İttifaqı (Aİ) cari vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq və yerli əhalinin təcili ehtiyaclarını qarşılamağa yönəlmiş səyləri müzakirə etmək üçün Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş təşkil edib.

Sözügedən görüş sentyabrın 26-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə keçirilib. Görüşdə həmçinin Almaniya Kanslerinin və Fransa Prezidentinin siyasi müşavirləri, o cümlədən Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar iştirak edib.

Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.

Hikmət Hacıyev yerli əhali üçün humanitar yardımın göstərilməsinə, həmçinin onların təhlükəsizliyinin təmin edilməsinə dair Azərbaycanın planlarını diqqətə çatdırıb. Aİ şəffaflığa və beynəlxalq humanitar yardım və insan hüquqları təşkilatlarının bölgədə fəaliyyətinə, o cümlədən Bakının Azərbaycandakı Qarabağ ermənilərinin gələcəyi ilə bağlı planlarının açıqlanmasına zərurət olduğunu bildirib. 

İştirakçılar həmçinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünü müzakirə ediblər.

“Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”, – Avropa Şurasının iclasdan sonra yaydığı press-relizdə deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,