Aİ bağlantı, səhiyyə, təhsil və tədqiqatlar sahəsində dayanıqlı sərmayələrə həsr olunmuş “Global Gateway Forum”a ev sahibliyi edəcək 
Oktyabr 25, 2023

Aİ bağlantı, səhiyyə, təhsil və tədqiqatlar sahəsində dayanıqlı sərmayələrə həsr olunmuş “Global Gateway Forum”a ev sahibliyi edəcək 


25 və 26 oktyabr tarixlərində Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin rəhbərliyi ilə “Global Gateway Forum” keçiriləcək. Tədbirdə Aİ və tərəfdaş ölkələrdən 40-dan artıq yüksək vəzifəli hökumət nümayəndələrinin, eləcə də AİB və AYİB kimi maliyyə təşkilatlarının, özəl sektorun, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. 

“Dayanıqlı sərmayələr vasitəsilə birlikdə daha güclü” şüarı altında keçiriləcək Global Gateway Forumunda Aİ-nin bütün dünyada bağlantı, səhiyyə, təhsil və tədqiqat sistemləri sahəsində keyfiyyətli və şəffaf sərmayələrə həsr olunmuş “Global Gateway” strategiyasının icrasındakı irəliləyişlər təqdim olunacaq. Şərq Tərəfdaşlığı regionunda “Global Gateway” təşəbbüsü İqtisadi və investisiya planı vasitəsilə həyata keçirilir.

Oktyabrın 25-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen dövlət və hökumət başçıları üçün təşkil olunacaq nahar yeməyində və forumun plenar sessiyasının açılışında iştirak edəcək. Bu sessiyanın ardınca iki gün ərzində liderlərin yaşıl enerjiyə keçid, təhsil və tədqiqat, strateji xammal və nəqliyyat dəhlizləri kimi məsələlərlə bağlı bir sıra müzakirələri keçiriləcək. 

Oktyabrın 26-da liderlərin səhiyyə ləvazimatlarının istehsalı və rəqəmsal infrastruktura dair növbəti müzakirələri baş tutacaq. Sessiyalar Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin iştirakı ilə yekunlaşdırılacaq. 

İki gün davam edəcək tədbirdə “Global Gateway” çərçivəsində icrasına başlanmış ilk 89 flaqman layihə ilə bağlı ümumi məlumat keçiriləcək.  

Açılış və bağlanış mərasimləri canlı yayımlanacaq.

Daha ətraflı məlumatı Global Gateway Forumun internet səhifəsində, eləcə də Global Gateway səhifəsində və 2023-cü il üzrə Global Gateway flaqman layihələrində tapmaq olar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Canlı yayım



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,