Aİ Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Sentyabr 16, 2022

Aİ Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır


Aİ, Azərbaycan və Ermənistan arasında 14 sentyabr tarixində qüvvəyə minən atəşkəs razılaşmasını müsbət qarşılayıb. 

“Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır. Biz tərəfləri bu razılaşmaya əməl etməyə və həlak olan əsgərlərin nəşinin mübadiləsi kimi humanitar fəaliyyətlərin əlaqələndirilməsini davam etdirməyə çağırırıq”, – deyə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mətbuat üçün açıqlamasında qeyd olunur.

Eyni zamanda, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin tapşırığı əsasında Aİ-nin Xüsusi Nümayəndəsi Toyvo Klaar regiona səfər edərək Bakıda və Yerevanda yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparıb.

Aİ, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən yüksək səviyyəli görüşlər daxil olmaqla, Azərbaycan və Ermənistan arasında vəziyyətin sabitləşməsi prosesində iştirakını davam etdirir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,