Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır
Aprel 23, 2021

Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır


Aprelin 19-da Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda müasir, innovasiyayönümlü və dayanıqlı vətəndaş cəmiyyətinin formalaşdırılması üçün üçillik layihəyə başlayıb. 

Aİ-nin ayırdığı 3 milyon avro həcmində maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatlarının potensialı artırılacaq və onların qərar qəbuletmə proseslərində, yerli inkişaf və sosial innovasiyalar sahəsində fəal iştirakına dəstək veriləcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin açılışı münasibətilə keçirilən onlayn tədbirdə belə deyib:

“Aİ-nin təcrübəsi göstərir ki, müasir cəmiyyətin qurulması yalnız insan kapitalının inkişafının hərtərəfli dəstəklənməsi, sosial sahibkarlıq və vətəndaş təşəbbüslərinin artırılması vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaqla mümkündür”. 

Qeyd edək ki, tədbirə 50-dən artıq yerli vətəndaş cəmiyyəti təşkilatı, sosial müəssisələr və fəal icma qruplarının nümayəndələri qatılıb.

Növbəti aylarda layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları üçün xüsusi işlənib hazırlanan təhsil proqramları, eləcə də kiçik qrant proqramlarının təşkili nəzərdə tutulub.

Layihə 2023-cü ilə qədər davam edəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,