Aİ Azərbaycan hökumətini hüquq müdafiəçiləri və siyasi fəalları azad etməyə çağırır   
Yanvar 17, 2023

Aİ Azərbaycan hökumətini hüquq müdafiəçiləri və siyasi fəalları azad etməyə çağırır   


Avropa İttifaqı Azərbaycanlı siyasi fəallar və hüquq müdafiəçiləri Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, o cümlədən Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatlıq keçirdiyini bəyan edib.  

“Biz Azərbaycan hökumətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbs olunan şəxsləri azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”, – deyə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mətbuat üçün açıqlamasında deyilir. 

Aİ Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə, eləcə də demokratik islahatları təşviq etməyə sadiq olduğunu bildirir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,