Martın 8-də Avropa İttifaqı (Aİ) Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunı imzalamasını təqdir edib. Avropa Şurasının 46 üzv ölkəsinin hamısı artıq bu sənədi imzalayıb. Bu ölkələrdən yalnız Azərbaycan və Ermənistan Konvensiyanı hələ də ratifikasiya etmədiyi üçün sənəd bu ölkələrdə qüvvəyə minməyib.
Aİ-nin bəyanatında deyilir ki, “Avropa İttifaqı hər zaman və bütün şəraitlərdə qəti və birmənalı şəkildə ölüm hökmünün əleyhinə olub”. “Bu, insan ləyaqətinin və bütövlüyünün qəbuledilməz inkarını təşkil edən və cinayətə qarşı çəkindirici rol oynamayan qəddar və qeyri-insani cəzadır. Ədalətin bərqərar olunmasında potensial səhvləri geri dönməz edən son cəzadır, – bəyanatda qeyd olunub.
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,