Aİ Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün səylərini gücləndirir 

Aİ Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün səylərini gücləndirir 

Sentyabr 20, 2022

Sentyabrın 17-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Şarl Mişel özünün Twitter hesabında hər iki ölkə lideri ilə danışığına dair paylaşım edib. “Davamlı deeskalasiyanı təmin etmək və regionda davamlı sülhün qurulması üçün vasitə və səylərin gücləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi apardıq”. 

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə öz növsbəsində əlavə edib ki, Aİ Azərbaycan və Ermənistana hərtərəfli və davamlı razılaşma əldə etməkdə kömək etməyə davam edəcək.

Klaar həmçinin Twitter hesabında son hərbi toqquşma zamanı dinc əhaliyə yönəlmiş cinayətlər barədə narahatedici xəbərlərin olduğunu yazıb: “Keçmişdə baş verən insidentlər də nəzərə alınmalıdır, lakin onlar heç bir halda haqq qazandıra bilməz. İnsan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı bütün iddialar araşdırılmalı və cavabdehlər məsuliyyətə cəlb edilməlidir”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,