Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin getdikcə pisləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.
2022-ci il dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə tutulan Hacıyev məhkəmə prosesi gedənədək həbs edilib. O, həbsin siyasi motivli olduğunu bildirib və aclıq aksiyasına başlayıb.
“Biz bir daha hökumət orqanlarını onu dərhal azad etməyə və vətəndaş cəmiyyəti subyektləri üçün təhlükəsiz və əlverişli mühit yaratmağa çalışmağa çağırırıq”, – deyə Aİ Nümayəndəliyi Facebook paylaşımında bildirib.
Daha çox öyrən
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,