400-dən artıq yeni Gənc Avropa səfiri seçilib
Noyabr 29, 2022

400-dən artıq yeni Gənc Avropa səfiri seçilib


“EU NEIGHBOURS east” proqramı Şərq Tərəfdaşlığı ölkələri, Aİ-yə üzv ölkələr və Böyük Britaniyadan olan 1 069 gənc namizəd arasından Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü üçün seçilmiş 435 yeni Gənc Avropa səfirini salamlayır. Yeni qatılan üzvlər ilə birlikdə artıq şəbəkədə 925 aktiv Gənc Avropa səfiri fəaliyyət göstərəcək.

Daxil olan müraciətlərin hərtərfli seçim prosedurundan sonra Azərbaycandan 75, Belarusdan 6, Ermənistandan 60, Gürcüstandan 85, Moldovadan 48, Ukraynadan 108 və Aİ/Böyük Britaniyadan 53 yeni Gənc Avropa səfiri seçilib.

Təşəbbüsə yeni qoşulan gənclər hal-hazırda YEAs Akademiyası vasitəsilə onları qarşıda duran vəzifələrinə hazırlayan təlimlərdə iştirak edəcəklər. 

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə Üzv Ölkələr və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

2022-ci ildə Gənc Avropa səfirləri regionda və Aİ-də 355 tədbirdə iştirak ediblər.

YEAs təşəbbüsünə qoşulmaq istəyən gənclər üçün ildə bir dəfə ərizə qəbulu keçirilir. Ərizə qəbulu və ərizə forması haqqında daha ətraflı məlumat burada  və “EU NEIGHBOURS east” layihəsinin iştirak imkanları bölməsində dərc edilir. Məlumatlı qalmaq üçün abunə olun.

Daha çox öyrən

Gənc Avropa səfirləri



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,