2022-ci ildə Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi ən yüksək səviyyəyə çatıb
Fevral 24, 2023

2022-ci ildə Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi ən yüksək səviyyəyə çatıb


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko özünün Twitter hesabında Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövriyyəsi ilə bağlı statistik rəqəmləri paylaşıb.  

Onun sözlərinə görə, 2022-ci ildə Aİ Azərbaycanın ən yaxın ticarət tərəfdaşı olub. Belə ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 52%-i Avropa İttifaqının payına düşür. Bundan başqa, Azərbaycandan xaricə ixrac olunan məhsulun 65,6%-i Aİ bazarlarına göndərilir. “Bu, indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir!”, – deyə səfir Peter Mixalko özünün paylaşımında qeyd edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,