2020-ci ildə Şərqi tərəfdaşlıq ölkələri daxil olmaqla 84 ölkədən 3,4 milyondan artıq şagird və müəllim Aİ-nin Kodlaşdırma Həftəsində iştirak edib
Fevral 19, 2021

2020-ci ildə Şərqi tərəfdaşlıq ölkələri daxil olmaqla 84 ölkədən 3,4 milyondan artıq şagird və müəllim Aİ-nin Kodlaşdırma Həftəsində iştirak edib


Altı Şərqi tərəfdaşlıq ölkələrinin komandaları daxil olmaqla 84 ölkədən 3,4 milyondan artıq şagird və müəllim Aİ-nin Kodlaşdırma Həftəsi təşəbbüsünə qoşularaq bu həftə çərçivəsində keçirilən 72000-dən artıq kodlaşdırma tədbirində iştirak edib. Bunu keçən həftə tədbirin təşkilatçıları açıqlayıb. 

Aİ Kodlaşdırma Həftəsi könüllülər tərəfindən keçirilən yerli hərəkatdır (Kodlaşdırma Həftəsi səfirləri, aparıcı müəllimlər və dünyanın istənilən yerindən kodlaşdırma sahəsində maraqlı olan digər şəxslər) və Avropa Komissiyası tərəfindən Vahid rəqəmsal bazar strategiyası çərçivəsində və Rəqəmsal təhsil üzrə fəaliyyət planı vasitəsilə təşkil olunur.

2020-ci ildə Aİ Kodlaşdırma Həftəsi yeni hibrid modelə keçərək Avropada və xaricdə məktəblərin onlayn iştirakını asanlaşdırmaq üçün virtual tədbirlər təqdim edib. Tədbirlər arasında tədbirlərin onlayn təqvimi, rəqəmsal xəzinələr ovu və həftənin virtual açılışı da var.

Aİ Kodlaşdırma Həftəsinin təşkilatçıları bildirir ki, həftə ərzində keçirilən kodlaşdırma tədbirlərinin 55%-i oyun formatından, 20%-i isə əsas proqramlaşdırma konseptlərindən ibarət olub. Ancaq robot texnologiyası, oyunların dizaynı və ya verilənlərin manipulyasiyası kimi daha qabaqcıl STEM fəaliyyətlərinə yönələn fəaliyyətlərin sayında artım müşahidə olunub. Tədbirlərin 20%-də heç bir texnologiyadan istifadə edilmədiyi üçün tədbirdən “kənarlaşdırılıb”. Təşkil olunan tədbirlərdə iştirakçıların 41%-i qızlar, 59%-i isə oğlanlar, ortalama yaşları isə 10 olmuşdur.

Şərq Tərəfdaşlığı ölkələrinin hamısı sözügedən təşəbbüsdə iştirak edir, Azərbaycan isə 230 tədbirlə regionda liderdir. Onun ardınca Ukrayna (186 tədbir), Moldova (59 tədbir), Gürcüstan (48 tədbir), Ermənistan (34 tədbir)Belarus (1 tədbir) gəlir.

Keçən il Kodlaşdırma Həftəsində müəllimlərin məktəbdə kodlaşdırma öyrətmələrinə kömək etmək üçün daha da çox onlayn resurs təqdim edilib. Yeni təlim materiallarına məktəblər üçün Süni intellektin əsaslarına dair kitab, Dayanıqlı məqsədlər üçün kodlaşdırma, bir sıra vebinarlar və Coding@Home adlı virtual seminarlar toplusu daxildir. Bundan əlavə, dünyanın dörd bir yanından 4000 müəllim iki kütləvi açıq onlayn kursda (MOOCs) fəal iştirak edib. Mövzular arasında proqramlaşdırma, hesablama düşüncəsi, əyani proqramlaşdırma, robot texnikası və tətbiqlərin hazırlanması mövzuları yer alıb. “Məktəblər üçün süni intellektin əsasları” adlı yeni üç modullu MOOC 2021-ci il martın 8-də start götürür.

Aİ Kodlaşdırma Həftəsi növbəti dəfə 2021-ci il 9-24 oktyabr tarixlərində keçiriləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlam

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,