“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.
YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında “EU NEIGHBOURS east” layihəsi çərçvəsində təsis edilib və bu günə qədər 30 -dan artıq müxtəlif ölkədən olan 1 700 -dən çox gənc bu şəbəkəyə qoşulub.
2023-cü ildə altı Şərq Tərəfdaşlığı ölkəsində, 27 Aİ-yə üzv ölkəsində və Böyük Britaniyada 30-dan artıq müxtəlif milliyəti təmsil edən 500-dən artıq Gənc Avropa səfiri (YEAs) fəaliyyət göstərib.
Gənc Avropa səfirləri arasında tələbələr, gənc mütəxəssislər və ictimaiyyətdə tanınan fəallar var. Onlar ölkə daxilində və onlayn olaraq yüzlərlə tədbirdə iştirak etmək üçün vaxtlarını sərf edirlər. Buraya toxunaraq onların PROFİLLƏRİNƏ baxın.
YEAs təşəbbüsü üzvlərinə könüllülük proqramlarında iştirak, karyeranın qurulması və gənc liderlik mövzularında proqramlarda iştirak təklif edir. Onlar aşağıdakı fəaliyyətlərdə iştirak edir və töhfə verirlər:
“Gənc Avropa səfiri” olaraq yeni, sizinlə həmfikir, parlaq zəkalı gənclərlə görüşmək və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz. Ölkənizdən və digər ölkələrdən olan və sizinlə eyni fikir və maraqları bölüşən gənclərlə tanış olacaqsınız. Bütün ölkə boyunca səyahət edərək başqa insanlarla Avropa İttifaqı, onun ölkənizlə tərəfdaşlığı və təklif etdiyi imkanlar haqqında söhbətlər aparacaqsınız. Bütün bunlar komanda işi, layihələrin planlaşdırılması və həyata keçirilməsi, tədbirlərin təşkili, təqdimatlar və ictimai nitq, dillər və ünsiyyət, məzmunun yaradılması və s. sahələrdə bacarıqlarınızı təkmilləşdirməyə kömək edəcək. Bunlar sizin gələcək karyeranızda mühüm əhəmiyyət kəsb edən bacarıqlardır!
Siz həmçinin dinamik və inklüziv dəstək sistemindən yararlana biləcəksiniz:
Öz icmanızda fəal olmaqla dostlarınız, ailəniz və ətrafınıza hansı cəmiyyətdə yaşamaq istədiyinizi göstərmək şansı əldə edəcəksiniz. Ətrafınızdakı insanların hüquq və imkanlarını artıra və onların həyatına təsir göstərə biləcəksiniz!
Nəhayət və ən əsası, Gənc Avropa Səfiri olmaqla özünüzə yeni dostlar tapacaq, bilik və təcrübələrinizi bölüşəcək və ya sadəcə özünüzü və sizi əhatə edən dünyanı kəşf edəcəksiniz!
“Gənc Avropa Səfirləri” təşəbbüsü könüllü fəaliyyətdir və buna görə məvacib ödənilmir.
Gənc Avropa Səfirlərinin təşkil etdiyi tədbirlər “EU NEIGHBOURS east” layihəsi tərəfindən maliyyələşdirilir. Buraya interaktiv seminarlar keçmək üçün məktəb və universitetlərə səfərlərin təşkili, ətraf mühit ilə bağlı fəaliyyətlər (ağac əkmək, müəyyən bir sahəni təmizləmək və s.), xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak və digər fəaliyyətlər daxildir.
Aşağıdakı tələblərə uyğun şəxslər müraciət edə bilərlər:
Seçim meyarları və tez-tez verilən suallar barədə buradan oxuya bilərsiniz. Hər il keçirilən ərizə qəbuluna buradan qoşula bilərsiniz.
Gənc Avropa Səfiri olmaq üçün müəyyən prosedurdan keçmək tələb olunur. İlk növbədə hər il keçirilən ərizə qəbulu vasitəsilə Gənc Avropa səfiri olmaq üçün marağınızı bildirməlisiniz. Ərizə qəbulu dayandırıldıqdan sonra namizədlərin iştirakının tələb olunduğu daha bir neçə mərhələ var. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq, daha sonra müsahibədən uğurla keçən namizədlər əlavə məlumat (məsələn, profil şəkli, razılıq forması imzalamaq, veb-sayt profili üçün təsvir hazırlamaq və s.) verməyə dəvət olunacaqlar və son addım kimi, profilləri əlavə təsdiq üçün rəsmi maraqlı tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər. Proses müəyyən qədər vaxt tələb edə bilər, amma səsləndiyindən daha asandır!
Azərbaycanda 197 “Gənc Avropa Səfiri” var. Onlarla tanış olmaq üçün buraya klikləyin!
Bu günə qədər Azərbaycanlı YEAs-lar 70-ə yaxın icma üzvlərinin cəlb olunması üzrə fəaliyyətləri təşkil ediblər və ya həmin fəaliyyətlərdə iştirak ediblər. Məsələn, Azərbaycanlı YEAs-lar Aİ-nin bu ölkədəki Nümayəndəliyinə Lənkəran şəhərində “Avropa şəhərciyinin” təşkil olunmasına dəstək veriblər və müxtəlif fəaliyyətlərin təşkilində Aİ Nümayəndəliyinə və Aİ-yə üzv ölkələrin səfirliklərini fəal şəkildə dəstəkləyiblər. Onlar həmçinin “Avropa şəhərciyində” YEAs şəbəkəsi və Aİ ilə Azərbaycan arasındkıa tərəfdaşlıq haqqında məlumat vermək üçün stend hazırlyıblar. Onlar həm stenddə, həm də əsas səhnədə viktorinalar keçirib, yerli sakinləri interaktiv şəkildə öz biliklərini sınamaq və Avropa İttifaqı haqqında öyrənməyə həvəsləndiriblər.
Digər fəaliyyətlərə aşağıdakılar daxildir:
Onların FƏALİYYƏTİNƏ buradan nəzər sala bilərsiniz.
BƏLİ! Gənc Avropa Səfiri olmasanız belə, YEAs tərəfindən təşkil olunan tədbirlərdə iştirak edə bilərsiniz. Belə tədbirlərə marağınız var? Cavabınız müsbətdirsə, aşağıdakı vasitələr ilə yenilikləri qaçırmayın:
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,