COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

Dekabr 10, 2021

  • Peyvənd olunmağın hansı faydaları var?
  • COVID-19 virusuna qarşı olan bütün peyvəndlər təhlükəsizdir?
  • Aİ və ÜST peyvəndləmə işinə necə kömək edir?
  • COVID-19 virusuna qarşı peyvəndlər uzunmüddətli müdafiə təmin edəcəkmi? Bütün bunlar nə vaxt sona çatacaq?
  • Dostlarımın və qohumlarımın çoxu konspirasiya nəzəriyyələrinə inanır və peyvəndlərə şübhə ilə yanaşırlar. Onların fikrini necə dəyişə bilərəm?
  • Peyvəndləmədən başqa COVID-19 pandemiyası ilə bağlı böhranla mübarizə aparmaq üçün başqa hansı təşəbbüslər var?
Kart %1/%2

Peyvənd olunmağın hansı faydaları var?

Günümüzdə difteriya, tetanus, qrip və qızılca kimi azı 20 xəstəlikdən qoruyan peyvəndlər mövcuddur. Peyvəndlərin sayəsində hər il dünyada 3 milyona yaxın insanın həyatını xilas etmək mümkün olur. Bu isə orta hesabla dəqiqədə beş insan həyatı deməkdir. Peyvəndlərin köməyilə uşaqlar daha sağlam böyüyür, insanlar isə sağlam yaşa dolurlar.

COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

Ötən yüz il ərzində insanların ömrünün uzanmasına və həyat keyfiyyətinin yaxşılaşmasına təsir edən peyvəndlər səhiyyə sisteminin ayrılmaz hissəsinə çevrilib. Əksərimiz uşaq vaxtı bir neçə xəstəliyə qarşı peyvənd olunmuşuq. Hansı ki, bu xəstəliklər ötən əsrin əvvəllərində minlərlə insanın ölümünə və əlil olmasına səbəb olmuşdur. Yaşlı əhali və immuniteti zəif olan şəxslər isə hər il qripin yeni ştammlarına qarşı peyvənd olunurlar. Biz peyvənd olunan uşaqların məktəbdə daha yüksək nəticələr əldə etdiyini və yaşadıqları cəmiyyətdən iqtisadi cəhətdən faydalandığını da bilirik.

 

Hal-hazırda COVID-19 virusuna qarşı bir neçə peyvənddən istifadə olunur və bu günə qədər milyardlarla dozadan artıq peyvənd vurulub. Bu peyvəndlər virusa qarşı immunitetin formalaşmasına kömək edir. Eyni zamanda ağırlaşmalardan qoruyur.

Peyvənd olunmaqla siz ətrafınızdakı insanları da xəstəlikdən qoruya bilərsiniz. Çünki peyvəndlərin köməyi ilə digər şəxslərin yoluxma riski az olur. Məsələn, COVID-19 ilə ağır xəstələnmə riski yüksək olan yaşlı valideynləriniz və ya nənə və babalarınız və ya sağlamlığımızın asılı olduğu həkimlər və tibb bacıları.

COVID-19 virusuna qarşı peyvəndlər infeksiyanın ağırlaşmasından və ölümlə nəticələnməsinin qarşısını almağa kömək edir. Bununla belə, peyvəndlərin insanları virusdan nə dərəcədə səmərəli qoruduğu və infeksiyanın ötürülməsinin qarşısını nə dərəcədə yaxşı aldığı dəqiq məlum deyil. Virusun yayılmasına nə qədər çox imkan versək, mutasiyaya uğraması və daha təhlükəli ştammlara çevrilməsi riski bir o qədər yüksək olur. Buna görə də, digər profilaktik tədbirləri unutmaq olmaz. Məsafəni qoruyun, maska ​​taxın, əllərinizi tez-tez yuyun və otağı lazımi qaydada havalandırın.

COVID-19 virusuna qarşı olan bütün peyvəndlər təhlükəsizdir?

Aİ-də COVID-19 virusuna qarşı tətbiqinə icazə verilən bütün peyvəndlər Avropa Dərman Preparatları Agentliyi (EMA) tərəfindən elmi cəhətdən sınaqdan keçirilib və təhlükəsizliyinə ciddi şəkildə nəzarət olunur. Tətbiqinə icazə verilən peyvəndlərin təhlükəsizlik standartlarına cavab verməsi üçün ÜST həm Aİ, həm də digər ölkələrlə sıx əməkdaşlıq edir.

Bu günə qədər EMA Avropa İttifaqında dörd peyvəndin tətbiqini təsdiqləyib. Bunlar Pfizer-BioNTech, AstraZeneca, Moderna və  Johnson & Johnson tərəfindən istehsal olunub. Rusiyanın hazırladığı Sputnik peyvəndi də daxil olmaqla, daha dörd peyvəndin tətbiqi nəzərdən keçirilir. ÜST ümumilikdə yeddi peyvəndin tətbiqinə icazə verib: EMA tərəfindən təsdiqlənən dörd peyvənd və “Sinofarm”, “Sinovak”“Kovaksin” peyvəndləri.

Bütün peyvəndlər kimi, COVID-19 virusuna qarşı olan peyvəndlər də on minlərlə insanın iştirakı ilə həyata keçirilən çoxmərhələli sınaq prosesindən keçmişdir. Bu sınaqlar hər hansı ümumi yan təsirləri və ya digər təhlükəsizlik problemlərini müəyyən etmək üçün xüsusi işlənib hazırlanmışdır.

COVID-19 virusuna qarşı peyvəndlərin rekord sürətlə hazırlandığı və təsdiqləndiyi doğrudur, lakin təhlükəsizliklə bağlı heç bir güzəşt olunmayıb, əksinə, misli görünməmiş beynəlxalq əməkdaşlıq və irihəcmli maliyyə vəsaitləri real zaman şəraitində geniş kliniki sınaqlar keçirməyə imkan verib. Adətən belə sınaqlar çox daha zaman tələb edir və əksər hallarda nəticə əldə etmək mümkün olmur.

COVID-19 virusuna qarşı peyvəndlər əlçatan olduğu gündən etibarən ÜST peyvənd istehsalçıları, hər bir ölkədəki səhiyyə orqanları və digər tərəfdaşlarla işləməyə başlayıb və peyvəndlərin təhlükəsizlik məsələsi daima diqqətdə saxlanılıb. Bütün dərmanlarda olduğu kimi, COVID-19 virusuna qarşı peyvəndlərdən sonra da yan təsirlər meydana gələ bilər. Bu, adətən peyvəndin orqanizmi xəstəliklə mübarizə aparmağa sövq edərək immuniteti stimullaşdırdığını göstərir. Bununla belə, bu yan təsirlər müvəqqəti (24-48 saat) xarakter daşıyır və nadir hallarda baş verir. Bir  fakt  danılmazdır: xəstəliyə yoluxma və ağırlaşma riski, COVID-19 virusuna qarşı peyvəndlərin yan təsirlərinin yaranma riskindən qat-qat yüksəkdir.

EMA-nın internet səhifəsində COVID-19 virusuna qarşı hazırda sınaqdan keçirilən, tətbiqi nəzərdən keçirilən və tətbiqinə icazə verilən peyvəndlərə baxa və ya ÜST tərəfindən COVID-19 virusuna qarşı peyvəndlərin təhlükəsizliyinə dair ən son məlumatları oxuya bilərsiniz.

Aİ və ÜST peyvəndləmə işinə necə kömək edir?

Keçən il Avropa İttifaqı COVİD-19 infeksiyasının yeni müalicə metodlarının və peyvəndlərin tədqiqi və hazırlanmasına dəstək məqsədilə 1 milyard avrodan artıq maliyyə vəsaiti ayırıb. Avropada və ABŞ-da bir neçə peyvəndin cəld hazırlanmasında önəmli rol oynayan yeni mRNT texnologiyası yaradılıb. Aİ xüsusən Pfizer-BioNTech peyvəndinin hazırlanması üçün külli miqdarda maliyyə vəsaiti ayırıb (BioNTech, Aİ-nin son on ildə tədqiqatlara ayırdığı maliyyə vəsaitinin 9 milyon avrodan artıq hissəsini əldə edib, eləcə də 2020-ci ildə Avropa İnvestisiya Bankından 100 milyon avro kredit alıb).

Avropa İttifaqı peyvəndlərin COVAX Proqramı və ya Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinə çatdırılmasında hərtərəfli dəstək təmin edir. 2021-ci il noyabr ayına qədər 10 milyon dozadan artıq peyvənd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə çatdırılmışdır.

Avropa İttifaqı COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. Aİ-nin Team Europe təşəbbüsü (Aİ, ona üzv dövlətlər və Avropa maliyyə qurumlarının resurslarını birləşdirir) Aİ büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla 3 milyard avroya yaxın maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir.

Polşa tərəfindən dəstəklənən 35 milyon avro dəyərində Aİ-nin yeni peyvənd mübadiləsi fəaliyyəti ilə Aİ-yə üzv dövlətlərin ŞT ölkələri ilə paylaşdığı peyvəndlərin dəyərinin ödənilməsi yolu ilə peyvənd tədarükünü artırmaq nəzərdə tutulub. Peyvənd infrastrukturu da bərabər dərəcədə önəmlidir. 2021-ci ilin fevral ayından etibarən Aİ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) altı Şərq Tərəfdaşlığı ölkəsinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılmasına dəstək məqsədilə səylərini birləşdirib. Bu, üç il ərzində ümumi büdcəsi 40 milyon avro təşkil etməklə Aİ və ÜST tərəfindən sonuncunun Avropa regionunda həyata keçirilən ən iri miqyaslı birgə fəaliyyətdir.

Bu proqram çərçivəsində Aİ-nin dəstəyinə peyvəndləmə kampaniyasında iştirak edən səhiyyə müəssisələrinin rəhbərləri və tibb işçiləri üçün təlimlərin keçirilməsi, peyvəndlərin və tibbi ləvazimatların çatdırılması və idarə olunması üçün əsas maddi-texniki dəstək, peyvəndlər haqqında məlumatlar və təhlükəsizliyin monitorinqi, kommunikasiya və ictimaiyyətin iştirakı, eləcə də rəqəmsal COVID sertifikatlarının hazırlanması daxildir.

Sözügedən dəstəyin nəticəsi olaraq Aİ bu günə qədər Ukrayna, Ermənistan, GürcüstanMoldova tərəfindən hazırlanmış rəqəmsal COVID sertifikatlarının uyğunluğunu təsdiq etmişdir.  Bu o deməkdir ki, bu ölkələrin vətəndaşları Aİ ölkələrinin vətəndaşları kimi öz milli peyvənd sertifikatıları ilə Aİ-yə daxil olub istifadə edə bilərlər. Hazırda Azərbaycanla Aİ sertifikatına uyğunluq üçün zəruri olan tələblərin yerinə yetirilməsi istiqamətində iş aparılır.

COVID-19 virusuna qarşı peyvəndlər uzunmüddətli müdafiə təmin edəcəkmi? Bütün bunlar nə vaxt sona çatacaq?

Mövcud sübutlar göstərir ki, hazırda mövcud olan peyvəndlər hələ də xəstəxanaya müraciət və ölümdən yüksək səviyyədə qoruyur. Bu, peyvəndin növündən və yaş qrupundan asılı olaraq dəyişə bilər, eyni zamanda infeksiya və xəstəliyin yüngül formalarına qarşı qorunmanın zamanla zıiflədiyi məlumdur. Özünüzü qorumaq üçün tövsiyə olunan sayda doza ilə peyvənd olunun və COVID-19 virusuna qarşı digər qeyri-əczaçılıq tipli qoruyucu tədbirləri tətbiq etməyə davam edin.

Dostlarımın və qohumlarımın çoxu konspirasiya nəzəriyyələrinə inanır və peyvəndlərə şübhə ilə yanaşırlar. Onların fikrini necə dəyişə bilərəm?

Hamımızın ətrafında peyvəndlərin vurulmasına qarşı kəskin şəkildə etiraz edənlər var. Bu bizim dostumuz və ya sevgilimiz, həmkar və ya qonşumuz ola bilər. Əksər hallarda, bu onların peyvəndləri pisləyən konspirasiya nəzəriyyələrinə inandığına görə olur.  

Təəssüflər olsun ki, COVID-19 pandemiyası ilə bağlı böhran Şərqi tərəfdaşlıq ölkələri, Avropa İttifaqı və ABŞ ilə yanaşı, bütün dünyada yanlış və dezinformasiyanın yayılmasına geniş şərait yaradıb.

İnsanları çaşdırmaq üçün qəsdən yayılan və ya həqiqətən narahatlıqdan qaynaqlanan yalan məlumatlar və konspirasiya nəzəriyyələri qorxularımızdan yararlanır və peyvəndlərlə bağlı mövcud tərəddüdlərimizi daha da artırır.

Aİ-nin dezinformasiyaya qarşı aparıcı aləti olan EUvsDisinfo layihəsi peyvəndlərlə bağlı dezinformasiyasının yayılmasını və ictimai rəyə təsirini davamlı olaraq izləyir və təhlil edir, eləcə də miflərin real olmadığını sübut edir.

EUvsDisinfo təşəbbüsü, peyvəndlərə inamsız yanaşan şəxslərə kömək etmək üçün altı bənddən ibarət bələdçi hazırlayıb. Bu bələdçi insanları sakit qalmağı, anlayışlı olmağı, məsələni dərindən araşdırmağı, etibarlı mənbələrlə əlaqə qurmağı, məntiqi düşüncəli olmağı öyrədir.

Peyvəndləmədən başqa COVID-19 pandemiyası ilə bağlı böhranla mübarizə aparmaq üçün başqa hansı təşəbbüslər var?

Bu günə qədər təcili diqqət tələb edən ehtiyacları ödəmək, milli səhiyyə sistemlərini sosial-iqtisadi bərpanı dəstəkləmək üçün Avropa İttifaqı 2,5 milyard avrodan artıq vəsait ayırıb.

Aİ və Ümumdünya Səhiyyə Təşkilatı birlikdə çalışaraq Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində peyvəndlərin tədarükü ilə yanaşı, altı Şərq Tərəfdaşlığı ölkəsində səhiyyə sistemlərinə dəstək verir və lazımi tibbi avadanlıq və fərdi qoruyucu vasitələr təmin edirlər. İndiyə qədər bu layihə çərçivəsində 11 milyon ədəd fərdi qoruyucu vasitə, 12 000 laboratoriya dəsti, 1 500-dən artıq süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, o cümlədən 20 000-dən artıq PCR test dəsti sözügedən ölkələrə çatdırılıb.

Aİ həmçinin cəmiyyətin aztəminatlı təbəqələrinə dəstək məqsədilə 11 milyon avrodan artıq maliyyə vəsaiti ayırıb. Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarına 60 000 avrodan artıq büdcəyə malik qrantlar ayrılıb. Belə layihələr arasında distant təhsillə bağlı yerli məktəblərin dəstəklənməsi, iş yerlərini itirən qadınlara kömək və yaşlı və fiziki imkanları məhdud insanların ərzaqla təmin olunması var. İkinci proqram COVID-19: Vətəndaş Cəmiyyətinin Dayanıqlığı və Davamalılığı da vətəndaş cəmiyyəti və müstəqil media ilə işləyir və vətəndaş cəmiyyətini əhalinin aztəminatlı təbəqələrinə lazımi yardım göstərilməsində dəstəkləyir və mediaya pandemiya ilə bağlı dezinformasiya ilə mübarizədə kömək edir.

Bu son dərəcə çətin dövrdə Aİ həmçinin sahibkarlıq müəssisələrinə kömək edir, Aİ-yə üzv ölkələrdəki və dünyadakı maliyyə qurumları ilə sıx əməkdaşlıq edərək, yerli valyutada kreditləri kiçik müəssisələr və fərdi sahibkarlar üçün daha əlverişli edir və öz bizneslərini inkişaf etdirmək üçün qrant müraciətlərinə kömək edir. Aİ-nin dəstəyi KOB-lar üçün yeni dəstək proqramı və EU4Business təşəbbüsü vasitəsilə ötürülür. Aİ-nin COVID-19 pandemiyası dövründə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, MoldovaUkraynada yerləşən sahibkarlıq müəssisələrinə göstərdiyi dəstək barədə öyrənmək üçün EU4Business təşəbbüsünün internet səhifəsinə baş çəkin.

Aİ, Dayanıqlı İnkişaf üçün Avropa Fondu vasitəsilə Şərq Tərəfdaşlığı regionunda maliyyə likvidliyini təmin etmək üçün 500 milyon avro ayırıb və Avropa İnvestisiya BankıAvropa Yenidənqurma və İnkişaf Bankı kimi Avropa maliyyə institutları biznes kreditləşməsinin dəstəklənməsində əsas iştirakçılar olub. Onlar həmçinin səhiyyə sistemlərinin dəstəklənməsinə, iqtisadi dayanıqlığın artırılmasına, rəqəmsallaşmaya, bərpa olunan enerji mənbələrinə keçidə və yaşıl iqtisadiyyata sərmayələrə milyonlarla investisiyalar yatıraraq davamlı bərpanı təşviq etmək üçün həm təcili dəstək, həm də davamlı bərpa üçün uzunmüddətli investisiyalar təqdim ediblər.

Yerləşdir


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,