İqtisadi və İnvestisiya Planı Şərq Tərəfdaşlığı üzrə bərpa, dayanıqlıq və islahat proqramını dəstəkləmək məqsədilə işlənib hazırlanıb. Növbəti bir neçə il ərzində yeni iş yerlərinin yaradılmasını və iqtisadi inkişafı təşviq etmək, bağlantılara, “yaşıl” iqtisadiyyata və rəqəmsal texnologiyalara keçidə dəstək vermək məqsədilə sözügedən plan üçün Aİ büdcəsindən qrant, qarışıq maliyyələşdirmə və zəmanətlər şəklində 2,3 milyard avronun ayrılması nəzərdə tutulub.
Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsindəki dəstəyi sayəsində Aİ, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarının, o cümlədən Aİ-yə üzv dövlətlərdən olan institutlar, inkişaf sahəsində çalışan maliyyə institutları, tərəfdaş ölkələrin milli, regional və yerli hakimiyyət orqanları, müvafiq oluqda bələdiyyələr və özəl investorlar səylərini birləşdirərək dövlət və özəl sektorlardan investisiyaların ayrılmasına şərait yaratmalıdır. Pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın bərpasını dəstəkləmək üçün bu planın dövlət və özəl investisiyalar şəklində 17 milyard avro maliyyə vəsaiti cəlb edəcəyi gözlənilir.
Bu plan hər bir tərəfdaş ölkənin xüsusi ehtiyaclarına uyğunlaşdırılmaqla yanaşı, yerli, milli və regional səviyyədə həyata keçirilən fəaliyyətlərdən ibarət olacaq.
İqtisadi və İnvestisiya Planı 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlərin investisiya komponentinin əsasını təşkil edir ki, bu da COVID-19 pandemiyasından sonra sosial-iqtisadi bərpanı dəstəkləyən və yaşıl iqtisadiyyata və rəqəmsal texnologiyalara keçidi sürətləndirmək yolu ilə bərpa prosesini təkmilləşdirməyi nəzərdə tutur.
Bununla belə, bu investisiyalar məhkəmə islahatları, dövlət idarəçiliyi islahatları və insan hüquqları – İdarəçilik komponenti sahəsində aydın irəliləyişlərlə birgə həyata keçirilməlidir. Buraya demokratiya, insan haqları, qanunun aliliyi sahəsində islahatlar, korrupsiyaya qarşı mübarizəyə dəstək, gender bərabərliyi, vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstək – Avropa İttifaqının bütün əsas dəyərləri və vətəndaşları tərəfindən təmin olunan güclü cəmiyyətin təməli daxildir.
ŞT ölkələrinin iqtisadiyyatlarının daha dayanıqlı və inteqrasiyalı olması üçün onların transformasiyası COVID-19 pandemiyasından sonrakı bərpa kontekstində daha da aktuallaşıb.
2020-ci ildən sonrakı illərdə ŞT proqramı üzrə uzunmüddətli siyasət məqsədlərinə uyğun olaraq aşağıdakı əsas sahələr üzrə investisiyalar ayrılacaq:
Bununla belə, bu cür investisiyaların səmərəli olması və dayanıqlı inkişafa töhfə verməsi üçün siyasətlər və tənzimləmələr mühitində təkmilləşdirmələrə ehtiyac var. Aİ-nin dəstəyi proqramın şərti və stimullaşdırma əsaslı yanaşmasını əks etdirəcək və investisiyalar ədliyyə sistemi, dövlət idarəçiliyi və insan hüquqları sahəsində islahatlardakı açıq-aydın tərəqqi ilə uyğunlaşdırılmalıdır.
İqtisadi və İnvestisiya Planı tərəfdaş ölkələrin hər biri üzrə beş əsas təşəbbüsdən ibarətdir. Həmin təşəbbüslərdə yerlərdə insanlara və müəssisələrə birbaşa müsbət təsir edəcək konkret layihələr mövcuddur.
Plan Avropa İttifaqının COVID-19 pandemiyasından sonra bərpa prosesinə dəstəyinin əsas hissəsi olsa da, o, hər bir ölkənin strateji maraqlarına nail olmaq, uzunmüddətli dayanıqlığı və rəqabət qabiliyyətini qorumaq və nəzərəçarpacaq faydalar əldə etmək məqsədi daşıyır. Bununla da əsas təşəbbüslər, tərəfdaş ölkələrin prioritetləri, ehtiyacları və iddiaları əsasında həmin ölkələrlə birgə müəyyən edilib.
Azərbaycanın siyasətinin əsasının iqtisadiyyatın şaxələndirilməsi təşkil edir. Kiçik və orta sahibkarlığa əsas dəstək, kənd yerlərinin inkişafı, Bakı limanının yaşıllaşdırılması vasitəsilə bağlantı və rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının daha da inkişaf etdirilməsi, şübhəsiz ki, bu mühüm məqsədə nail olmağa kömək edir.
Azərbaycan üçün beş əsas təşəbbüs bunlardır:
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,