Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu

Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu

Mart 4, 2021

Sıfırdan uğurlu bir biznes qurmaq asan bir iş deyil. Bunun üçün səy, səbir və zəhmət – böyük zəhmət tələb olunur. “Sən sadəcə arzuların ardınca getməlisən”, – “Zira Natural & Gourmet”in təsisçisi Afət Əhmədova deyir.

2013-cü ildə marketinq şirkəti kimi yaradılan Zira, hazırda premium seqmentinə aid olan qidanın uğurlu istehsalçısıdır. Afətin sözlərinə görə, şirkəti bu səviyyəyə qaldırmaq, Beynəlxalq Ticarət Mərkəzi (BTM) tərəfindən həyata keçirilən “Şərq Tərəfdaşlığı: Ticarətə Hazır – EU4Business təşəbbüsü” layihəsinin dəstəyi sayəsində mümkün olub.

Heç vaxt təslim olma

Bu gün “Zira Natural & Gourmet”da onlarla işçi çalışır. Şirkət bütün konserv qidaları: kompotlar, cem, qəlyanaltı və sousları istehsal edir, onlar hamısı təbii yerli meyvə və tərəvəzlərdən hazırlanır. Istehsalin yarısı daxili bazara daxil olur, digər yarısı isə ixrac olunur.

  • Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu
    Zira, a successful gourmet service by Azeri woman
  • Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu
    Zira, a successful gourmet service by Azeri woman
  • Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu
    Zira, a successful gourmet service by Azeri woman

“Satışlar artmaqdadır” Afət Əhmədova deyir. “Həmişə belə deyildi. Başlanğıcda ciddi çətinliklər var idi, amma xeyli çalışaraq, idarəetməni yaxşılaşdıraraq onları həll etdik.”

Aqro-qida şirkəti idarə etmək asan məsələ deyil.“Biznesə başlamaq və ya idarə etmək üçün mükəmməl vaxt deyilən bir şey yoxdur”, – Əhmədova qeyd edir.“Səbirli olmaq və hər hansı bir problemi yavaş-yavaş aradan qaldırmaq çox vacibdir. Heç vaxt təslim olma. Bu münasibət mənə çox kömək etdi”.

Belə yanaşma həm də şirkətin təcrübə qazanmasına və daha yüksək hədəflər qoymasına kömək etdi. Bunlardan biri də dünya miqyasında Azərbaycan qida sənayesi ilə əlaqələndirilən bir brend olmaq – Avropalı tərəfdaşların köməyi ilə.

“BTM dəstəyindən və EU4Business təşəbbüsündən fəal şəkildə faydalanırıq”, – Afət deyir. “Bir sıra xarici sərgilərdə iştirak etməyimizi təşkil etdilər. Onlar yeni veb saytımızın dizaynı işləmək üçün proqramçıları işə götürüblər, paralel olaraq marketinq mütəxəssisləri və maliyyə analitikləri biznes planlarımızı hazırlamağımıza kömək etdilər”.

  • Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu
    Zira, a successful gourmet service by Azeri woman
  • Heç vaxt təslim olma: Azərbaycanlı qadın sıfırdan uğurlu gurme mətbəxi xidməti qurdu
    Afet Akhmadova, founder of Zira Natural & Gourmet

Gələcək şirkət üçün parlaq görünür. 2021-ci ildə “Zira Natural & Gourmet”, məhsul xəttini genişləndirməyi və öz istehsalı üçün daha çox xammal əldə etmək məqsədi ilə yerli fermerlərlə işləməyə başlamağı planlaşdırır.

Növbəti təyinat Avropadır

Əhmədova deyir ki, hazırda Zirə üçün əsas vəzifələrdən biri məhsulunu yeni bazarlara çıxarmaqdır.

“Bunu etmək üçün xüsusi sertifikatlara, xüsusilə İSO sertifikatına ehtiyacımız var” Afət deyir. “Bu proses pandemiyaya görə dayandırıldı, lakin işlərin əksər hissəsi artıq yerinə yetirilib.

Azərbaycanda qadın sahibkarlara dəstək verən EU4Business təşəbbüsü və digər proqramların təklif etdiyi maliyyələşmə imkanlarına nəzər salın.




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,