Avropa Yay Məktəbi: Azərbaycanın istedadlı gəncləri üçün bir həyat yolu
Sentyabr 17, 2019

Avropa Yay Məktəbi: Azərbaycanın istedadlı gəncləri üçün bir həyat yolu


Azərbaycanda hər il keçirilərək, gözəl ənənəyə çevrilən Avropa Yay Məktəbi avqustun sonunda ölkəmizdən və Avropa İttifaqı ölkələrindən olan 15 gənc iştirakçı və bir neçə təlimçılari bir araya gətirdi.

Bu dəfə Məktəb, artıq dördüncü dəfə keçirilərək, ölkənin şimalında yerləşən mənzərəli Quba rayonunda baş tutdu. Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və EU NEIGHBOURS East əlaqələndirici layihə tərəfindən dəstək almışdır.

Üç gün ərzində keçirilən Məktəbin iştirakçıları interaktiv sessiyalara cəlb olunmuşdur, hansılar ki onlara Avropa İttifaqını, onun tarixini, təməl prinsipləri və dəyərlərini, eləcə də Azərbaycanın Aİ-lə Avropanın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsindəki əməkdaşlığının perspektivlərini daha yaxşı anlamağa imkanını yaratmışdı.

  • .

Ayrı-ayrı sessiyalar gənclər üçün təhsil imkanlarına, eləcə də enerji səmərəliliyi və bu sahəni  tənzimləyən qanunların işlənilməsi kimi yeni qlobal bir mövzuya həsr olunmuşdur. Proqram çərçivəsində iştirakçılar həmçinin qədim Xınalıqda təbiətin gözəlliklərini seyr etdirlər.

“Bu dörd il ərzində Yay Məktəbi artıq bir brendə çevrilmişdir, – bu sözləri, Yay Məktəbi başa çatarkən, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyir. – Proqram Azərbaycan gənclərinə Aİ ölkələrindən olan həmyaşıdları ilə birgə vaxt keçirməyə, onlarla Avropaya aid aktual məsələləri müzakirə etməyə, Avropa ali məktəblərində təhsil almaq imkanları haqqında öyrənməyə yaxşı bir fürsətdir”.

“İnanıram ki, bu qısa, lakin çox intensiv kursun məzunları gələcəkdə Azərbaycan ilə Avropanın yaxınlaşması naminə Avropanın qeyri-formal səfiri rolunu oynayacaqlar”, – deyərək, səfir əlavə etdi.

  • .

Avropa Yay Məktəbinin iştirakçısı Fidan Vəliyeva belə düşünür ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı təmas və əlaqələrin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Məhz buna görə də o, ölkəmizin gənclərinin bu tərəfdaşlıqda daha da yaxın iştirakını istəyir.

“Gənclərin cəlb edilməsi Azərbaycan ilə Aİ arasındakı münasibətlərə güclü müsbət təkan verəcəkdir. Bu, ölkəmizin inkişaf yolu ilə addımlaması üçün gözəl bir fürsətdir”, – 20 yaşlı Fidan heç də hesab etmir ki, Avropa ilə yaxınlaşaraq Azərbaycan öz adət-ənənələrini itirmək təhlükəsi ilə üzləşir.

Yay Məktəbinin başqa bir iştirakçısı – Əli İsgəndərov da Azərbaycan gənclərinin Avropa İttifaqının təcrübəsi və dəyərləri ilə aktiv yaxınlaşması tərəfdarıdır, cünki onları qabaqcıl, uğur və inkişafa məqsədlənən hesab edir.

“Azərbaycanın gələcəyini bu günün gəncləri quracaq. Buna görə də gənclərimizin Avropa İttifaqının bizimlə bölüşməyə hazır olduğu siyasi-iqtisadi inkişaf təcrübəsi və bacarıqlarından bəhrələnməsi çox vacibdir”, – Əli İsgəndərov bu qənaətdədir.

Enerji səmərəliliyi və Azərbaycanın Aİ-nin dəstəyi ilə dayanaqlı enerji siyasətinin işlənilməsi, eləcə də enerji səmərəliliyi üzrə yeni qanunun qəbul edilməsinə həsr olunan sessiya da iştirakçıların böyük marağına səbəb oldu. Beynəlxalq Enerji Xartiyasını təmsil edən təlimatçı Vitali Gerlosski deyir ki, gənclərin çoxu maraqlı və dərin, təqdimatın çərçivəsindən çıxan belə suallar verirdilər.

Energetika mövzusuna böyük maraq göstərən Yay Məktəbinin 22 yaşlı iştirakçısı Mehrac Əliyev hesab edir ki, bu gün zəngin enerji ehtiyatlarına malik Azərbaycanın qarşısında bu resursları gələcək nəsillərə qoruyub saxlamaq üçün onlardan maksimal dərəcədə səmərəli istifadə etmək vəzifəsi dayanır.

“Bu gün enerji resursları bizim üçün əlçatandır, amma bu, heç də o demək deyil ki, 10 ildən sonra da belə olacaq. Buna görə də biz elə indi, vaxt itirmədən onlardan səmərəli istifadə etməyi öyrənməliyik”, – Mehrac Əliyev, Avropa gənclərinin Azərbaycandan olan səfirlərindən biri belə deyir.

2016-cı ildə başlanılan “Avropanın qonşularının gəncləri” onlayn platforması 28 Avropa İttifaqının ölkəsi və Şərq Tərəfdaşlığının 6 dövlətinin gənclərini birləşdirir. EU NEIGHBOURS East layihəsinin çərçivəsində təşkil olunan bu proqram gənclərə əməkdaşlıq üçün, bilik və təcrübələri ilə mübadilə etmək üçün yol açır.

Avropa gənclərinin səfirləri könüllülər içindən seçilən fəallardır. Uşaqlar bütün birgə təşəbbüslərini “Birlikdə daha güclüyük!” şüarı altında həyata keçirirlər. Və Avropa Yay Məktəbi bu təşəbbüslərdən biridir.

“Avropa gənclərinin səfirlərinin” əlaqələndiricilərinin sözlərinə görə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclərin inkişafı üçün çoxlu imkanlar təqdim edir. Layihə isə bu imkanların qapılarını getdikcə daha da çox gənc insan üçün açır.

Avropa İttifaqının maliyyələşdirən təhsil proqramları Erasmus+ “cətirinin” altında cəmləşdirilib və Azərbaycan ilə Avropa ali məktəblərin arasında birgə layihələrin işlənilməsini, Avropanın ali məktəblərində mübadilə yolu ilə təhsil almağı, və Aİ ərazisində tam tədris kursu keçməyi nəzərdə tutur.

Avropa Yay Məktəbinin sessiyaları qeyri-formal şəraitdə keçirilir. Bu, təşkilatçıların daha səmərəli hesab etdiyi qarşılıqlı əlaqə prinsipidir. İştirakçılar tərəfindən məlumata tənqidi yanaşma, habelə fikirlərinin əsaslandırılmış ifadəsi müsbət qarşılanır.

Yay Məktəbinin təlimatçıları əminliklə deyirlər ki, iştirakçılar çox məlumatlı idilər: onlar Avropa İttifaqının maliyyələşdirən bu və ya digər layihənin xırdalıqlarını bilməsələr belə, ümumilikdə Avropa institutlarının sistemi haqqında biliklərə malik idilər, həmçinin onlar Avropa İttifaqının yaranma tarixindən, bu günün siyasi proseslərindən xəbərdar idilər.

Bütün sessiyalar çox fəal keçirdi, Yay Məktəbinin iştirakçılarının çoxlu suallar verirdilər,  onları daim fikirləri ilə bölüşməyə təşviq edirdilər və bu fikirlər təlimatçların mövqeləri ilə üst üstə düşməyə də bilərdi.

Təlimatçı, Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya araşdırmaları üzrə (EURUS) professor köməkçisi Muxtar Hacızadınin keçirdiyi sessiyada isə uşaqlar Avropanın keçmişinə “səfər etdilər”. Bu simulyasiya oyunu iştirakçılara bir anlıq Avropanın aparıcı ölkələrinin dövlət və hökumət başçısı rolunu oynamağa imkan yaratdı və beləliklə onlar 1940-cı illərə “baş çəkdilər”.

Uşaqlar nəinki o dövrün hadisələrinə nəzər saldılar, onlar hətta Avropa İttifaqının üzv-ölkələrinin və qonşu dövlətlərin öz iqtisadiyyatlarının möhkəmlənməsinin və Aİ daxilində iqtisadi inteqrasiyanın inkişafının nə dərəcədə vacib olduğunu müzakirə etdilər.

Hər il keçirilən Avropa Yay Məktəbi ingilis dilini bilən, Avropa İttifaqı haqqında təməl biliklərə malik olan və ən əsası – şəxsi üfüqlərinin genişlənməsinə və mədəniyyətlərarası yaxınlaşmaya maraq göstərən Azərbaycanın bütün 25 yaşınadək olan gənclərinin üzünə  açıqdır.

Yelena Ostapenko

Article published in Azerbaijani and Russian by 1news.az



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,