Arzular çin olanda: Naxçıvanlı Yaqut Əhmədova 25 ildən sonra rəssamlıq sənətinə necə qayıtdı
Mart 8, 2021

Arzular çin olanda: Naxçıvanlı Yaqut Əhmədova 25 ildən sonra rəssamlıq sənətinə necə qayıtdı


Naxçıvan Muxtar Respublikasının Zeynəddin kəndinin sakini Yaqut Əhmədova, erkən yaşlarından rəssamlıqa böyük həvəs göstərərmiş. Hələ məktəbdə oxuyarkən, bu istedadlı qızcığaz yaradıcılıq dərnəyinə gedirdi və 6-illik rəssamlıq kursunu, 4 il ərzində fərqlənmə ilə bitirmişdir.

Yaqut, məktəbi bitirdikdən sonra da təsviri incəsənətlə məşğul olmağı, bu sahə üzrə təhsilini davam etmək arzulayırdı, lakın, istəyinə çata bilmədi.

1980-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyası ancaq paytaxt Bakıda, yəni, Yaqutun yaşadığı yerdən 500 km aralıqda yerləşirdi. Yaqutun valideynləri, qızlarının incəsənəti öyrənməsinin əleyhinə deyildilər, amma ənənəvi mentalitetə uyğun, onu evdən uzaq yola tək buraxmağı cəsarət etmədilər.

Məcburiyyət qarşısında qalan Yaqut, qiyabi təhsil imkanları açıq olan fakültələrdən seçim etməli oldu. O, hüquqşünaslıq fakültəsini seçdi. Yeni ixtisasın özü də, bir müddət sonra, onu cəlb edir və gənc xanım, ali təhsilini bitirərək, müəllimlik fəaliyyətinə başlayır.

“Həyatımın 25 ilini yaradıcılıqdan uzaq oldum. Sanki, ondan incimişdim – bu illər ərzində əlim, bir dəfə olsa da, sadə karandaşa belə dəyməmişdi. Amma yenə də, incəsənət ürəyimdə daim yaşayırdı. Bilirsiniz, Azərbaycanda elə bir rəssam yoxdur ki, onun yaradıcılığı ilə tanış olmayım. Açıq deyim – təsviri incəsənətin vurğunuyam”, – Yaqut Əhmədova etiraf edir.

  • Yagut Ahmadova with her painting
  • Yagut’s paintings
  • Yagut with one of her favorite painting – a portrait of a pandemic doctor
  • Yagut with her painting – ‘pandemic doctor’
  • Yagut Ahmadova, the painter from Nakhchivan

2014 ildə, qəlbi gerçəklənməmiş yaradıcılıq enerjisi ilə dolu xanım qəhrəmanımız, özünü sınamaq qərarına gəlir və sənədlərini Rəssamlıq Akademiyasına təqdim edir. O, özünə sübut etmək istəyirdi ki, bunu bacaracaq.

“Qabiliyyət imtahanı daxil olmaqla, qəbul imtahanlarında uğur qazandım. Bu zaman elə bil, qol-qanadım açıldı, ürəyim fərəhlə doldu –  axı, bunu bacardımsa, demək, uçub gedən illərə rəğmən, hələ də nəyisə bacarıram, heç nəyi unutmamışam”, – Yaqut Əhmədova o dövrü belə xatırlayır. O zaman qəhramanımızın 42 yaşı var idi.

Elə həmin bu vaxt tale Yaqut xanımı, Naxçıvan Muxtar Respublikasının Rəssamlar İttifaqının təmsilçiləri ilə görüşdürür. Beləliklə, xanım sənətkar, bölgədə dövlət tərəfindən təşkil olunan sərgilərdə iştirak etməyə başlayır. Bir qədər sonra isə o, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) həyata keçirdiyi Avropa İttifaqının və BMT-nın İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən layihəyə qoşulur.

Naxçıvanda  COVID-19 pandemiyasından zərər çəkən xanımların iqtisadi dəstəyinə yönəlmiş bu layihə daha geniş bir proqramın hissəsidir. Söhbət, gender məsələlərində vətəndaş cəmiyyətinin rolunu artırmağa yönələn proqramından gedir.

Layihə çərçivəsinda iştirakçı xanımların bacarıq və istedadlarını nəzərə alaraq, onlara özəl mikro-bizneslərinin yaradılmasına və ya genişləndirməsinə kiçik miqdarda pul ayrılması nəzərdə tutulurdu.

Yaqut Əhmədova, 300 manat (150 avro) məbləğində qrant qazanaraq, özünə rəsm üçün bütün lazımi vəsaitləri əldə edir. O, AMFA-nın, Naxçıvandakı digər layihələr çərçivəsində keçirilən maliyyə savadlılığı üzrə treninqlərdə də iştirak edir, hansılar ki planlaşdırma və özəl kiçik biznesin yaradılması, mühasibat uçotunun aparılması, iş prosesinin təşkil olunması, özəl fəaliyyətə  biznes qaydaları baxımından yanaşması və bu kimi məsələləri  özlərində cəmləşdirmişdi.

  • Yagut at the exhibition hall surrounded with her paintings
  • Yagut speaking about her paintings
  • One of the Yagut’s paintings from the exhibition
  • One of the Yagut’s paintings from the exhibition
  • One of the Yagut’s paintings from the exhibition

“Layihədən əvvəl mən cəmi 1-2 rəsm əsərimi sərgiləyə bilirdimsə, hazırda artıq 10-nu təqdim edirəm. Bununla yanaşı, indi mən rəssamlığa nəinki yaradıcılıq vasitəsi ilə imkanlarımın aşkarlanması üçün bir yol kimi, ona həm də biznes nöqteyi nəzəridən baxmağı öyrənmişəm”, – Yaqut Əhmədova belə deyir.

“Məsələn, əvvəllər sərgilərdə, necə deyərlər, iştirak xətrinə iştirak edirdim. İstəyirdim, insanlar işlərimi görsün, amma rəsmlərimə,  bilərək yüksək qiymətin qoyurdum ki, onları heç kəs almasın deyə. Onlar mənim üçün o qədər doğma idilər ki… – bu sözləri söyləyərkən, Yaqut xanım gülümsəyir. – İndi isə qiymətləri tələbə uyğun təyin edirəm, eləcə də əsərlərimi yaradarkən, alıcıların zövqünə köklənirəm”.

Qəhrəmanımız deyir ki, onun bölgəsində insanlar evlərini daha çox gül-çiçəklər təsvir olunan rəsmlərə bəzəməyə üstünlük verirlər. Yaqut xanım elə özü də çiçək təsvirləri üzərində işləməyi çox sevir, odur ki, kolleksiyasındakı bir çox əsər bu mövzuya aiddir.

Bununla belə, Yaqut Əhmədova gündəmin aktual mövzularına da diqqət yetirir. Belə ki, keçən ilin yay aylarında, pandemiyanın cərəyan etdiyi bir vaxtda o, əsərlərindən birini bu qlobal problemə həsr etmişdir. Rəsmin qəhrənmanı, üzündə  tibbi maskalı bir gənc qadındır, arxa fonda isə başı taclı koronavirus təsvir olunub.

“Bu qadın – həkimdir. Onun gözləri, bu günümüzə və gələcəyimizə görə narahatçılıqla doludur, axı həkimlər bu bəla ilə mübarizənin ön cəbhəsindədirlər, – Yaqut xanım rəsmini belə izah edir. – Koronavirusa gəldikdə isə, onu o qədər də qorxunc təsvir etmək istəmədim, elə buna görə də başını belə məzəli tac ilə bəzədim.

Rəsmin fonunu mavi rəngdə düşünmüşdüm – bir ümid rəmzi kimi. Bu əsərimlə insanlara, “hər şey yaxşı olacaq, biz mütləq qalib gələcəyik!” demək istəyirəm”.

Yaqut xanım bu işinin satış üçün olmadığını dərk edir, axı kim öz evində, insanları bu qədər yoran, ağır bir problemi xatırladan rəsmi saxlamaq istəyər? Amma buna baxmayaraq, sənətkar belə bir mühüm mövzuya diqqət yetirməyi özünə borc bildi.

  • A portrait of a pandemic doctor
  • The reflection of elements of oriental mythology – Yagut drawing a new painting
  • Yagut’s painting ‘Shahmaran’ – the queen of snake
  • The painting by Yagut, inspired by Nizami Ganjavi, the famous Azerbaijani writer
  • A portrait of a pandemic doctor

Yaqut Əhmədovanın yaradıcılığının daha bir maraqlı tərəfi Şərq mifologiyasıının elementlərindən ibarətdir. O, həmçinin XII əsrdə yaşayıb-yaradan böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki obrazlara böyük önəm verir. Məsələn, xanım qəhrəmanımızın kolleksiyasında, Şərq folklorunda Hikmət qoruyucusu və İlanların şahbanusu – ilan-qadın Şaxmaranın, eləcə də dahi Nizaminin eyniadlı əsərinin əfsanəvi qəhrəmanları – Xosrov və Şirinin xüsusi yeri var. Onu da qeyd edək ki, Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.

Bu gün Yaqut xanım, əsas fənni – Azərbaycan Konstitusiyası ilə yanaşı, 5-9-cu sinif uşaqlarına həm də təsviri incəsənət dərsini keçir. Məktəb rəhbərliyi, Yaqut xanımın həvəskar rəssam kimi yaradıcılıq uğurlarını nəzərə alaraq, onun üçün bu imkanı yaratmışdır.

Yaqut Əhmədova, qadınların imkanlarının aşkarlanıb inkişaf etdirilməsinə dəstək göstərilməsini olduqca önəmli hesab edir, çünki xanımın xoşbəxt, özünə güvənli olması ailə səadətinin əsas şərtlərindən biridir.

Yaqut Əhmədova əmindir ki, ürəyinə yatan iş ilə məşğul olub əməyinin haqqını alan bir xanım ətrafına o qədər sevinc nuru saçır ki, bu, onun ailə üzvlərinə mütləq müsbət təsir bəxş edəcək.

  • Yagut during her drawing classes at school
  • Yagut during the lesson
  • Yagut draws together with her student
  • Yagut during the lesson

“Sizə deyim ki, hər bir xanım fitri istedada malikdir. Qadın özünə güvənib, bacarıqlarına inanırsa, onu heç bir qüvvə yolundan döndərə bilməz. Xanımlarımıza arzum da elə budur – bütün məhdudiyyətləri arxada qoyub, özünə güvənib inamla xəyallarına sarı irəliləmək”, – Yaqut Əhmədova belə deyir.

Ümumiyyətlə, layihə çərçivəsində, Naxçıvanda yaşan 39 qadın, o cümlədən 4 fiziki məhdudiyyətli xanım, özəl mikro-bizneslərini yaratmaq və ya genişləndirmək üçün 300 manatdan 900 manatadək (145-460 avro) başlanğıc kapital almışdır.

Başlanğıc kapital, kənd ailə biznesinin inkişafına, o cümlədən, kənd təssərrüfatına, konservləşdirməyə, tort hazırlanmasına, dərziliyə, xalçaçılığa, bədii sənətkarlığa, dekorativ bəzək işlərinə, inklüziv təhsilə qoyulmuşdur.

Müəllif: Yelena Ostapenko

Məqalə dərc edildi: 1news.az

A Woman from Azerbaijan Realizes Her Childhood Dream


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,