Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq

Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq

İyun 15, 2021

İnsan orqanizminin orta hesabla 60%-i sudan ibarətdir və onun lazımi fəaliyyəti üçün kifayət qədər suyun qəbul edilməsi tələb olunur.

Həkimlər bir qayda olaraq yetkin şəxslərə gündə 1,5-2 litr su içməyi tövsiyə edirlər.

Lakin, qəbul edilən suyun miqdarı ilə yanaşı, onun keyfiyyəti də çox önəmlidir. İçdiyimiz suyun keyfiyyəti qədər məişətdə istifadə etdiyimiz suyun keyfiyyəti də vacib əhəmiyyət daşıyır.

İçməli su ilə bağlı tələb və standartlar olduqca yüksəkdir. Əsas tələblər arasında kimyəvi qarışıqların, çirkin, xəstəliktörədən bakteriyaların və virusların olmamasıdır. Eyni zamanda suyun turşu-qələvi balansı (pH səviyyəsi) və reduksiya-oksidləşmə dərəcəsinin də lazımi səviyyədə olmasına diqqət yetirilir.

  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing water on the Absheron Peninsula
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Visiting the National Hydrometeorological Service at the Ministry of Ecology and Natural Resources of Azerbaijan
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Water testing training
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    The rapid test kits
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Heading to the Absheron Peninsula for water testing
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing water quality at the Absheron irrigation channel
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    The journalist takes marine water for testing
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing marine water
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Analysing the results
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Water testing experiment

Suda həmçinin müəyyən miqdarda mikroelementlər olmalıdır. Onların az və ya çox olması müxtəlif xəstəliklərə yol aça bilər.

Çimərlik ərazilərindəki dəniz suyu və kənd təsərrüfatında istifadə olunan suvarma suyu ilə bağlı sərt olmasa da müəyyən tələblər mövcuddur.

Təcrübə – Abşeronda suyun keyfiyyətini yoxlayırıq

Biz bir təcrübə həyata keçirmək və müstəqil şəkildə Abşeron yarımadası daxilində içməli, suvarma və dəniz suyunu yoxlamaq qərarına gəldik. 

Bunun üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Milli Hidrometreologiya Xidmətinə müraciət etdik və bizə suyun pH balansını, elektrik keçiriciliyini və oksigenlə zənginliyini ölçməyə imkan verən sürətli testlər təqdim olundu.

Təcrübənin keçirilməsi üçün Abşeron suvarma kanalını seçdik. Bu kanal vasitəsilə bütün Abşeron yarımadasındakı əkin sahələri suvarılır. Təcrübə üçün suyu Maştağa qəsəbəsindən götürdük. İçməli suyu da həmin qəsəbədə yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş su kranından götürdük. Dəniz suyunu yoxlamaq üçün isə yerli sakinlər arasında daha çox tanınan və Bilgəh qəsəbəsində olan çimərliyi seçdik. Çimərlik mövsümünün başlamasına az qaldığı üçün dəniz suyunun keyfiyyətinin yoxlanılması da vacib əhəmiyyət daşıyır.

  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing water on the Absheron Peninsula with rapid test kit
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing water at the Absheron irrigation channel
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Colleting water samples at the Absheron irrigation channel
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing drinking water at Mashtaga village
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Collecting samples for testing at Mashtaga village
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing drinking water at Mashtaga village
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Testing drinking water

    Water experiment at Absheron Peninsula

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın sözlərinə görə, suvarma suyunda biogen maddələrin az miqdarda olması vacib göstəricilərdən biridir. Suvarma üçün nəzərdə tutulmuş suda biogen maddələrin yüksək miqdarı, kənd təsərrüfatında tətbiq olunan azot və fosfor tərkibli gübrələr ilə birgə xoşagəlməz nəticələrə yol aça bilər.  

Dəniz suyunda bağırsaq çöpü daxil olmaqla, koliform bakteriyalar kimi xəstəliktörədən bakteriyaların mövcud olması yolverilməzdir. Bu bakteriya insan və heyvanların bağırsaq mikroflorasına daxildir, lakin, onun bəzi ştammları və yüksək konsentrasiyası bakteriya mənşəli dizenteriyalar törədə bilər.

Təcrübənin nəticəsi

Sınaqların nəticələrini öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən AzeLab laboratoriyasına yollandıq. Laboratoriyanın rəhbəri Ramina Abdullayeva bildirdi ki, ümumilikdə bütün su numunələri – içməli, suvarma və dəniz suyu üzərində aparılan təcrübə zamanı əldə olunan nəticələr qeyd olunan hər üç göstərici üzrə normalara uyğundur.

“İçməli və məişətdə istifadə olunan su üçün pH səviyyəsinin 6-9 vahid olması optimal hesab edilir. Təqdim olunan nümunələrdəki içməli suyun pH səviyyəsi 8,28, Abşeron kanalından götürülən suyun pH səviyyəsi 7,65, dəniz suyunun isə 8,1 olmuşdur. Bu onu göstərir ki, su lazımi dərəcədə qələvi xassəyə malikdir və hər üç su numunəsi istifadəyə yararlıdır”, – deyə Ramina Abdullayeva qeyd edib.

“Təqdim olunan su numunələrinin oksigenlə zənginliyi və elektrik keçiriciliyi də normaya uyğundur ki, bu da birinci halda oksidləşmə proseslərinin sürətinə və orada olan orqanizmlərin inkişafına, ikinci halda isə qida maddələrinin bitkilər tərəfindən mənimsənilməsinə və optimal böyümə şəraitinin yaradılmasına təsir edir. Təqdim olunan nümunələrdə xüsusi nəzərəçarpan rəng və qoxunun olmaması çox yaxşı göstəricidir və zərərli qarışıqların olmadığını göstərir”, – deyə laboratoriya rəhbəri bildirib.  

  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Water analysis at the laboratory
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Delivery of samples to the laboratory for comprehensive check
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    The laboratory staff analyses the results
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Water analysis at the laboratory
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Analysing the results at the laboratory
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Waiting for the results
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    The samples are analysed at the laboratory

Suyun keyfiyyətinin daha ətraflı qiymətləndirilməsi üçün sürətli testlər kifayət etmir və hərtərəfli laborator tədqiqatlar tələb olunur. Bu səbəbdən də təqdim olunan nümunələr laboratoriyada iki gün qaldı.

Nəticədə biz hər üç numunədə ciddi problemlərin olmadığını təsdiqləyən ətraflı nəticələr əldə etdik. Buna baxmayaraq, bəzi nəticələr bizi məyus etdi. Xüsusilə də Bilgəh qəsəbəsindəki çimərlikdən götürülən dəniz suyunda bağırsaq çöpünün miqdarı normanın yuxarı həddində olduğu aşkar olundu. Bu, çirkab suların Xəzər Dənizinə axıdılması səbəbindən baş verir.

Bununla belə, Ramina Abdullayeva qeyd edir ki, bağırsaq çöpünün insan və heyvanların bağırsaq mikroflorasında yaşadığını nəzərə alaraq onun dəniz suyunda mövcud olması normal hesab edilir. Dəniz suyundakı bağırsaq çöpünün miqdarını azaltmaq üçün su təmizləyici qurğular quraşdırılmalı və çirkab sularda olan çirkləndiricilərin dənizə tökülməsinin qarşısı alınmalıdır.

“Ümumilikdə nümunələrin təhlili göstərir ki, içməli su istifadəyə yararlı, kanaldan götürülən su suvarma üçün yararlı və dəniz suyu istirahət üçün yararlıdır”, – deyə Ramina Abdullayeva əlavə edib.

Abşeron ərazisində içməli, suvarma və dəniz suyunun qənaətbəxş göstəriciləri Azərbaycandakı bütün su hövzələrinin təmizliyini əks etdirə bilməz. Həmin su hövzələrinin əsasını ekoloji vəziyyəti yaxşı vəziyyətdə olmayan transsərhəd və daxili çaylar təşkil edir.

Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, mənbəsini Azərbaycanla qonşu ölkələrin ərazilərindən götürən transsərhəd Kür və Araz çayları Azərbaycan ərazilərinə çatmazdan əvvəl zəif ekoloji statusa malik olaraq hədsiz dərəcədə çirklənmiş olur. Ölkə daxilindəki çaylarda da problemlərə rast gəlinir. Belə ki, dağlıq bölgələrdə olan çayların vəziyyəti yaxşıdır, lakin yaşayış məntəqələri və sənaye mərkəzlərindən keçdikdən sonra suyun təmizliyi sual altında olur.

Suyun keyfiyyətini yaxşılaşdırmaq üçün hansı işlər görülür?

AzeLab laboratoriyası Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü (EUWI+) Proqramı çərçivəsində həyata keçirilən layihələrdən birində iştirak edib. 2016-cı ildə icra olunmağa başlayan layihə çərçivəsində sözügedən laboratoriya təmir edilərək lazımi avadanlıqlarla təmin edilib. Bununla da laboratoriyada suyun, havanın və torpağın daha geniş spektrli sınaqları üçün şərait yaradılıb. Bu isə öz növbəsində çirkləndiricilərin insanlara və ekosistemə toksiki təsir riskini azaltmağa kömək edəcək.

  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Ramina Abdullayeva, a director of the laboratory
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Ramina Abdullayeva
  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Ramina Abdullayeva during the water testing

“Su resurslarının idarə edilməsində monitorinq çox mühüm rol oynayır və su hövzəsinin ekoloji vəziyyətini dəqiqliklə müəyyən etməyə imkan verir”. Bunu EUWI+ proqramının Azərbaycandakı nümayəndəsi Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, suyun ekoloji vəziyyəti ənənəvi olaraq kimyəvi tərkibi əsasında qiymətləndirilib. Bu təcrübə Sovet İttifaqı dövründən bəri qorunub saxlanılır. Ancaq Aİ-nin bu sahədəki təcrübəsinin tətbiqi ilə artıq suyun kimyəvi tərkibi ilə yanaşı, bioloji və hidromorfoloji təhlilləri də həyata keçirilir. Onların köməyilə suyun vəziyyəti, tərkibindəki canlı orqanizmlər haqqında tam məlumat əldə etmək mümkündür. 

  • Abşeron yarımadasındakı suyun nə dərəcədə təmiz olduğunu öyrənməyə çalışdıq
    Rafig Verdiyev, EUWI+ country representative in Azerbaijan

Rafiq Verdiyev əlavə edir ki, layihə çərçivəsində Bakıdakı laboratoriya ilə yanaşı, Qazax və Beyləqan rayonlarında yerləşən regional laboratoriya mərkəzlərində də maddi-texniki baza yenilənmişdir. Laboratoriyaların təchiz edilməsi, eləcə də beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən işçilər üçün keçirilən təlimlər, onlara beynəlxalq ISO keyfiyyət standartının lisenziyasını əldə etməyə imkan verir.

Daha qlobal miqyas baxımından, EUWI+ layihəsi Azərbaycandakı su resurslarının idarə edilməsi üzrə bütöv sistemi müasirləşdirməyi və Azərbaycan Respublikasının Su Məcəlləsini su siyasəti sahəsində Aİ-nin əsas normativ-hüquqi aktı olan Avropa İttifaqının Su Çərçivə Direktivinə uyğunlaşdırmağı nəzərdə tutur.

Müəllif: Yelena Ostapenko

Məqalə dərc edildi: 1news.az

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,