Rəy Sorğusu 2020: Regional icmal
İyun 16, 2020

Rəy Sorğusu 2020: Regional icmal


Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Şərqi tərəfdaş ölkələrinin vətəndaşlarının 49%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən 4% yüksəkdir.
  • ŞT ölkələrinin vətəndaşlarının 70%-i öz ölkələri ilə Aİ arasında əlaqələrin “yaxşı” olduğunu düşünür.
  • ŞT ölkələrinin vətəndaşlarının 57%-i Aİ-nin ölkələrinə göstərdiyi maliyyə dəstəyindən xəbərdardır və onların 53%-i həmin dəstəyin səmərəli olduğunu düşünür. Bu göstərici 2016-cı il ilə müqayisədə 10% yüksəlmişdir.
  • Aİ-nin maliyyə dəstəyindən xəbərdar olan ŞT ölkələrinin vətəndaşlarının yarıdan çoxu (53%) Aİ tərəfindən onların ölkələrində maliyyələşdirilən konkret proqramlardan azı biri haqqında məlumatlıdır. Burada 2017-ci il ilə müqayisədə 18% əhəmiyyətli dərəcədə artım qeydə alınmışdır. 
  • Avropa İttifaqı ən çox etibar edilən beynəlxalq qurumdur və ŞT ölkələrinin vətəndaşlarının əksəriyyətinin (60%) etibar etdiyi yeganə beynəlxalq təşkilatdır. İnam faizi Gürcüstanda (69%), Ukraynada (66%), Moldovada (63%) , Ermənistanda (60%), Belarusda (45%) və Azərbaycanda (41%) təşkil edir.

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.

Sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilmişdir (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır.

Ölkələr üzrə hesabatları və məlumat bülletenlərini aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

Ermənistan

Azərbaycan

Belarus

Gürcüstan

Moldova Respublikası

Ukrayna

Aİ ilə Şərqi tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumat əldə etmək üçün müvafiq ölkənin adına klikləyin: ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova, və Ukrayna.

Endir



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,