Rəy Sorğusu 2018: Azərbaycan

Rəy Sorğusu 2018: Azərbaycan

İyul 10, 2018

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2018-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Azərbaycan vətəndaşlarının 39%-i Aİ haqqında müsbət, 32%-i isə neytral təsəvvürə malikdir. Əhalinin cəmi 12%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
  • Azərbaycan vətəndaşlarının 70%-i aşağıda göstərilən şəxsi dəyərləri Aİ ilə əlaqələndirir: “sülh, təhlükəsizlik və sabitlik”; “dürüstlük və şəffaflıq”; “iqtisadi rifah”; “söz azadlığı”; “insan haqları”; “qanunun aliliyi” və s.
  • Azərbaycanlıların 65%-i Avropa İttifaqı ilə əlaqələrin yaxşı olduğunu düşünür və bu region üzrə qeydə alınan ortalama 63%-dən bir az yüksəkdir.
  • Azərbaycanlıların 40%-i Aİ-yə inanır. Avrasiya İqtisadi Birliyinə inam 27% təşkil edir.
  • Azərbaycanlıların 29%-i Aİ-nin bu ölkəyə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 78%-i bu dəstəyin səmərəli olduğunu düşünür (region üzrə qeydə alınan ortalama 48% ilə müqayisədə).

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:

  • Aİ haqqında ümümi təsəvvür
  • Aİ ilə bağlı dəyərlər
  • Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
  • Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun səmərəliliyinin qiymətləndirilməsi
  • Məlumat mənbələri
  • Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər

2018-ci ildə aparılan ictimai rəy sorğusunun nəticələri və regional icmal ilə burada tanış ola bilərsiniz.

Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.

Endir



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,