VCT ÖLÇÜ MEYARI: Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti mühitinin qiymətləndirilməsi (Azərbaycan, 2020)

VCT ÖLÇÜ MEYARI: Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti mühitinin qiymətləndirilməsi (Azərbaycan, 2020)

Dekabr 31, 2020

Bu hesabat, Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) üçün əlverişli mühitin qiymətləndirilməsi üzrə 2019-cu ildə hazırlanmış “VCT ölçü meyarı” hesabatının yenilənmiş versiyasıdır və 2019-cu ilin oktyabrından 2020-ci ilin iyul ayına qədər olan dövr ərzində baş verən dəyişiklikləri əhatə edir.

VCT ölçü meyarı Aİ-nin altı Şərq tərəfdaşlığı ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyəti mühitini qiymətləndirmək üçün hazırlanmış bir vasitədir.

VCT ölçü meyarı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Qeyri-Kommersiya hüququ üzrə Avropa Mərkəzi və Şərq Tərəfdaşlığı ölkələrindən olan bir qrup qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən “İrəliləyişlərin monitorinqi, fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Tədqiqat metodlarına hüquqi aktların təhlili, mövcud tədqiqatlar və digər sənədlər və materiallar, VCT-lərin iştirakı ilə hədəf qrupları ilə müzakirələr, ekspert görüşləri və VCT onlayn sorğusu daxildir.

Endir



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,