Avropa İttifaqının Azərbaycanla münasibətlərinə dair məlumat bülleteni

Avropa İttifaqının Azərbaycanla münasibətlərinə dair məlumat bülleteni

Noyabr 24, 2021

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ və Azərbaycan arasında bir sıra sahələrdə gücləndirilmiş və qarşılıqlı faydalı əməkdaşlığı əks etdirmək, əsas sektorlarda siyasi dialoqu gücləndirmək və ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulmuş yeni və yenilənmiş çərçivə sazişi üzrə danışıqlar irəliləyən mərhələdədir. Aİ ilə Azərbaycan arasında əməkdaşlıq həmçinin 2018-ci ildə qüvvəyə minən birgə tərəfdaşlıq prioritetləri ilə tənzimlənir. Aİ Azərbaycanın əsas islahat tərəfdaşıdır və bir çox sektorlar üzrə qabaqcıl təcrübələr təmin edir. Azərbaycan Tvinninq alətinin əsas benefisiar ölkələrindən biridir və Aİ-yə üzv ölkələrin dövlət idarələri ilə qarşılıqlı təlim və mübadilələrdən faydalanır.

Aİ Azərbaycanda vətəndaş cəmiyyəti üzrə ən böyük donor təşkilatlardan biridir. 2019- 2020-ci illər ərzində Aİ gənclər, gender bərabərliyi sahələri və cəmiyyətin ən həssas təbəqəsi üçün müsbət nəticələr təmin edən 300-dən artıq vətəndaş cəmiyyəti və yerli təşəbbüslər üçün maliyyə dəstəyi ayırmışdır.

Azərbaycan nəqliyyat və logistika sahəsində əsas tərəfdaşdır. 2019-cu ildən etibarən Aİ nəqliyyat üzrə yüksək səviyyəli dialoqun əsasını qoymuşdur.

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, eyni zamanda bu ölkənin iqtisadiyyatının şaxələndirilməsində əsas rol oynayan qeyrineft sektorunun əsas investorudur.

BƏRPA. DAYANIQLIQ. İSLAHAT

İQTİSADİYYAT
Aİ 17 500-ə yaxın KOB-un rəqabət qabiliyyətini və bazar imkanlarını yaxşılaşdırmaq üçün sərmayələr yatırmışdır. Bu müəssisələrin 47%-i qadınlara məxsus olmuşdur.

TƏSİSATLAR
Aİ hüquqi yardım, mübahisələrin alternativ həlli və korrupsiyaya qarşı mübarizə vasitəsilə vətəndaşlar və müəssisələrin ədliyyə sistemi orqanlarına müraciətinin asanlaşdırılmasına kömək edir. 2018-ci ildən etibarən Bakıda və regionlarda 6 700-dən artıq aztəminatlı şəxs pulsuz hüquqi yardım alıb.

ƏTRAF MÜHİT
Aİ Azərbaycanın ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məqsədlərə nail olması istiqamətində imkanlarını yaxşılaşdırmaq üçün bu ölkə ilə sıx əməkdaşlıq edir. Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fonduna (E5P) qoşulub və enerjinin səmərəliliyi haqqında qanun qəbul edib.

CƏMİYYƏT
Səkkiz müxtəlif şəhərdə 4 900-dən artıq tələbə və 170 müəllim maliyyə savadlılığı və sahibkarlıq sahəsində bacarıqlarını təkmilləşdirib.

RƏQƏMSALLAŞDIRMA
Aİ və Azərbaycan ölkənin dövlət idarəçiliyini rəqəmsal imza və elektron ticarət sistemlərindən istifadə kimi rəqəmsal texnologiyalardan keçidə hazırlamaq üzərində birgə işləyir.

İQTİSADİ İNVESTİSİYA PLANI

Aİ Azərbaycanın pandemiyadan sonra bərpasına və bu ölkənin vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün Azərbaycana konkret investisiyalarla dəstək verir. Önümüzdəki illərdə Aİ aşağıdakı beş əsas layihəyə sərmayə yatırmağı planlaşdırır:

  • Məhsulların daşınması və xidmətlərin dayanıqlı mərkəzi olaraq Bakı Dəniz Limanı layihəsi
  • Azərbaycanda nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması layihəsi
  • 25 000 startap və KOB-ların rəqabət qabiliyyətinin artırılmasına dəstək
  • Kiçik və orta fermer təsərrüfatları və qida biznesi operatorlarının kreditlərə çıxış imkanı
  • Tullantı yeri, küçə işıqlandırması və elektrik tramvayları olan beş ağıllı və yaşıl şəhər

COVID-19 VİRUSUİLƏ MÜBARİZƏ

Aİ Azərbaycanın və onun vətəndaşlarının təcili diqqət tələb edən ehtiyaclarını cəld ödəmək üçün qısa müddət ərzində tədbirlər həyata keçirməyə başlamışdır. “Team Europe” təşəbbüsünün bir hissəsi olaraq Aİ təcili diqqət tələb edən ehtiyacları və sosial-iqtisadi bərpanı dəstəkləmək üçün 32 milyon avroya yaxın büdcəyə malik fərdi COVID-19 paketini təqdim edib. Bu, Azərbaycanın 20 xəstəxana və 5 ilkin səhiyyə xidməti göstərən müəssisəsi daxil olmaqla, bu ölkənin səhiyyə sisteminə ünvanlı yardımın göstərilməsinə, eləcə də xəstələrə qulluq üçün əsas tibbi ləvazimatlarla təmin olunmasına kömək edib. Aİ həmçinin psixi sağlamlıq və psixososial dəstək, infeksiyaların qarşısının alınması və ictimai gigiyena kimi sahələrdə 2 900-dən artıq tibb işçisi, 98 laboratoriya işçisi, 1 400 tibb fakültəsi tələbəsi və digər səhiyyə işçiləri üçün təlimlərin təşkilinə kömək etmişdir. Azərbaycan peyvəndləri 3 milyard avrodan çox maliyyə vəsaiti ayrılmış “Team Europe” təşəbbüsünün dəstəyi ilə COVAX proqramı vasitəsilə və ikitərəfli əsaslarla Aİ-yə üzv dövlətlərdən alır.

Avropa Komissiyası: ec.europa.eu/neighbourhood-enlargement/azerbaijan l twitter.com/eu_near
Avropa Xarici Fəaliyyət Xidməti: eeas.europa.eu/delegations/azerbaijan l twitter.com/eu_eeas

Endir




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,