Gənc Avropa səfiri olmaq üçün ərizə qəbuluna başlandı!
Oktyabr 5, 2021

Gənc Avropa səfiri olmaq üçün ərizə qəbuluna başlandı!


Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı biri, Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər oktyabrın 24-nə qədər “Gənc Avropa səfiri” olmaq üçün ərizə ilə müraciət edə və bu təşəbbüsə qoşula bilərlər. 

Aİ-nin Şərq Qonşuları layihəsinin başladığı ərizə qəbulunda dinamik, həvəsli və Aİ-nin fəaliyyətində və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığında maraqlı olan gənclər iştirak edə bilərlər. Müraciət edən gənclər İngilis dilini yaxşı səviyyədə bilməli, yaşadığı icmanın və ölkənin inkişafına və rifahına töhfə verməyə və vətəndaş cəmiyyəti fəaliyyətlərinə kifayət qədər vaxt ayırmağa hazır olmalıdır. 

Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Onlar təcrübə mübadiləsi aparacaq, gənclərə birbaşa aidiyyatı olan məsələləri müzakirə edəcək, ən yaxşı təcrübələri bölüşəcək və ölkələrinin, eləcə də yaşadıqları ölkələrin daha yaxşı gələcəyi üçün birlikdə çalışacaqlar.

Gənc Avropa səfiri olmaq üçün 2021-ci il oktyabrın 24-nə qədər onlayn ərizə formasını tamamlamaq tələb olunur. Müraciət edənlərdən həmçinin təşəbbüsdə iştirak etməkdə maraqlı olduğunu ifadə etmək və ərizə formasına əlavə olaraq yaradıcılıqla bağlı bir tapşırıq yerinə yetirmək istənilə bilər. 

Ərizə qəbulu dayandırıldıqdan sonra seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçən namizədlər xüsusi sessiyalara dəvət olunacaq və onların məlumatları təsdiqlənmək üçün növbəti (rəsmi maraqlı tərəflər) tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı tarixdən son nəticələrin elan olunduğu günə qədər təxminən səkkiz həftə keçə bilər.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

YEAs təşəbbüsü Avropa İttifaqı tərəfindən 2016-cı ildə təsis edilib və bu günə qədər minlərlə gənci bu şəbəkəyə cəlb etməyi bacarıb. Hal-hazırda 34 fərqli milləti təmsil edən 500-dən artıq aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir.

Daha çox öyrən

Onlayn ərizə forması

Gənc Avropa səfirləri və tez-tez verilən suallar

Cari Gənc Avropa səfirləri ilə tanış olun

*2016-cı ildə başladığı gündən etibarən Gənc Avropa səfirləri təşəbbüsünə qatılan Böyük Britaniyadan olan gənclər, təşəbbüsdə iştirak etməyə davam edir və YEAs təşəbbüsünə üzv olmaq hüququna malikdirlər.

BAĞLANIŞ TARİXİ:

Oktyabr 24, 2021

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,