Ümumdünya Su Günü: EU4Environment proqramı Ukraynadakı müharibənin ətraf mühitə təsiri ilə bağlı həyəcan təbili çalır
Mart 24, 2022

Ümumdünya Su Günü: EU4Environment proqramı Ukraynadakı müharibənin ətraf mühitə təsiri ilə bağlı həyəcan təbili çalır


Martın 22-də Ümumdünya Su Günündə EU4Environment proqramı Ukraynadakı müharibənin su mənbələrinə və kanalizasiya sisteminə vurduğu ziyan, eləcə də bərpası onilliklər çəkə biləcək ətraf mühitin deqradasiyası ilə bağlı həyəcan təbili çalır. 

Rusiyanın Ukraynaya qarşı təcavüzünün səbəb olduğu dəhşətli insan iztirablarına əlavə olaraq, müharibə təxminən 90 milyard avro dəyərində infrastrukturu məhv edib. Avropa Ətraf Mühit Agentliyi suda, torpaqda və havada onilliklər davam edə biləcək zəhərli kimyəvi maddələr barədə xəbərdarlıq edir.

İnsanların sudan və kanalizasiya sistemindən istifadə hüququ 2010-cu ilin iyulunda Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb, lakin döyüşlərin ən intensiv olduğu ərazilərdə su və kanalizasiyaya çıxışın olmaması vəba kimi su ilə ötürülən xəstəliklərin artmasına səbəb ola bilər və uşaqlar risk qrupundadırlar. 

“Bu gün Ukraynanın təcrid olunan regionlarında təcili olaraq təhlükəsiz içməli suya ehtiyac duyulur. Sabah isə bu ölkənin su və ətraf mühit resurslarının idarə edilməsi və monitorinqi daxil olmaqla, ölkəni yenidən qurmaq və bərpa etmək üçün dəstəyə ehtiyacı olacaq”, – EU4Environment proqramı Ümumdünya Su Günü ilə bağlı məqaləsində bu barədə xəbərdarlıq edir (məqaləni tam oxumaq üçün buraya klikləyin).

Su və ətraf mühit insan sağlamlığında mühüm rol oynayır və bu sahədə Aİ Ukraynanın ən zəruri ehtiyaclarını qarşılamaq və ölkənin uzunmüddətli bərpası və gələcək inkişafı üçün dəstək verməkdədir.

Ümumdünya Su Günü 1993-cü ildən bəri hər il martın 22-də qeyd edilir. Avropa İttifaqının altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) su əsas aktiv hesab olunur. Hazırda bu ölkələr iqlim dəyişikliyinin təsirinə məruz qalan ölkələrdən hesab olunur. ŞT ölkələrində su ilə bağlı problemlərin həllinə dəstək məqsədilə Avropa İttifaqı yanvar ayında yeni EU4Environment – Su və Şərq Tərəfdaşlığı proqramının icrasına başlayıb. Proqram, davamlı su ehtiyatlarının idarə edilməsinə və siyasətin və əsaslı ekoloji statistikanın hazırlanmasına və açıq məlumatlara töhfə verir.

Daha çox öyrən

Ümumdünya Su Günü: müharibə zamanı (Ukraynanın timsalında) suyun əhəmiyyəti

Ümumdünya Su Günü: Şərq Tərəfdaşlığı ölkələrində ətraf mühit ilə bağlı perspektivlər



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,