Ümumdünya Qaçqınlar Günü ərəfəsində “Ukraynanın simaları” adlı xüsusi təqdim olunub

Ümumdünya Qaçqınlar Günü ərəfəsində “Ukraynanın simaları” adlı xüsusi təqdim olunub

İyun 20, 2022

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı təcavüzü başlayandan bəri milyonlarla ukraynalı evlərini tərk edərək ya ölkənin daha təhlükəsiz bölgələrinə, ya da onun hüdudlarından kənara qaçmağa məcbur olub.

Ümumdünya Qaçqınlar Günü ərəfəsində “Ukraynanın simaları” (Faces of Ukraine) adlı xüsusi səhifəmizi təqdim edirik. Səhifədə qaçqın, məcburi köçkün və ya ölkədə qalmağı seçən ayrı-ayrı ukraynalının hekayəsi ilə tanış olacaqsınız. Səhifədə həmçinin Aİ-nin Ukrayna xalqına hansı formada dəstək verdiyi nümayiş edilib. 

BMT-nin məlumatına əsasən, fevralın 24-dən etibarən Ukrayna əhalisinin üçdə biri evini tərk etmək məcburiyyətində qalıb. Bu, bu günə qədər dünyada baş verən ən böyük qaçqın böhranı hesab olunur. 7 milyondan artıq ukraynalı ölkənin sərhədlərini keçib və daha 7 milyon insan Ukrayna daxilində məcburi köçkünə çevrilib. Daha 13 milyon insanın təhlükəsizlik ilə bağlı risklər, körpülərin və yolların dağıdılması, təhlükəsizlik sığınacaq tapmaq üçün resursların və ya məlumatın olmaması səbəbindən müharibənin zərər vurduğu ərazilərdə ilişib qaldığı və ya tərk edə bilmədiyi güman edilir. 

“Keçən ilin bu vaxtı Avropa İttifaqının astanasında olan bir ölkədə Rusiyanın təcavüzü nəticəsində 14 milyon insanın evlərini tərk etmək məcburiyyətində qalması ağlasığmaz görünürdü. Bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada ən böyük qaçqın böhranıdır”, – Avropa Komissiyasının Ümumdünya Qaçqınlar Günü ərəfəsində açıqladığı bəyanatda deyilir. 

Aİ və ona üzv ölkələr qonşu ölkələrə, ilk növbədə Polşa, Rumıniya, Macarıstan, Slovakiya və Moldova Respublikasına gedən 6 milyondan çox ukraynalıya sığınacaq verib. Qaçqınların  əksəriyyəti qadınlar və uşaqlardır. 

Daha çox öyrən

Ukraynanın simaları ((Faces of Ukraine)

UNHCR – Ukraynada qaçqınlarla bağlı vəziyyət

Ümumdünya Qaçqınlar Günü: Avropa Komissiyası və Ali Nümayəndənin birgə bəyanatı




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,