Ukraynaya qarşı təcavüz: Belarus bankları, kripto-aktivlər, dənizçilik sahəsində texnologiyalar və bir sıra rəsmi şəxs və oliqarxlara qarşı sanksiyalar tətbiq edilib

Ukraynaya qarşı təcavüz: Belarus bankları, kripto-aktivlər, dənizçilik sahəsində texnologiyalar və bir sıra rəsmi şəxs və oliqarxlara qarşı sanksiyalar tətbiq edilib

Mart 10, 2022

Bu gün Avropa İttifaqı Şurası Belarus və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib.

Bu sanksiyalar martın 2-də Belarusun Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzündə iştirakına və vəziyyətin ağırlaşmasına cavab olaraq qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin davamıdır. 

Yeni sanksiyalar paketinə eynilə Rusiyaya qarşı tətbiq edildiyi kimi Belarusun SWIFT sistemindən kənarlaşdırılması daxildir. Rusiyaya qarşı isə maliyyə sahəsində tətbiq olunan məhdudiyyətlər daha da genişləndirilib. 

Yeni sanksiyalar paketinə aşağıdakılar daxildir: 

  • Belagroprombank, Bank DabrabytBelarus Respublikasının İnkişaf Bankına, habelə onların Belarusdakı törəmə şirkətlərinə SWIFT xidmətlərinin göstərilməsini məhdudlaşdırmaq;
  • Belarus Mərkəzi Bankı ilə rezerv və ya aktivlərin idarə edilməsi, Belarusla ticarət və investisiya üçün dövlət maliyyələşdirməsi ilə bağlı əməliyyatların qadağan edilməsi;
  • 12 aprel 2022-ci il tarixindən etibarən Belarusun dövlət qurumlarının Aİ birjalarındakı səhmləri ilə bağlı xidmətlərin siyahıya alınmasını və göstərilməsini qadağan etmək;
  • Belarus vətəndaşlarından və ya rezidentlərindən 100 000 avrodan artıq depozitlərin qəbulunun, Aİ-nin mərkəzi depozitarlarında belarus müştəriləri üçün hesabların açılmasını, habelə onların satışını qadağan edilməsi ilə Belarusdan Aİ-yə maliyyə vəsaiti axınının, eləcə də Belarus müştərilərinə avro ilə qiymətli kağızların satılmasının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması;
  • Belarusa avro ilə əskinasların verilməsinin qadağan edilməsi.

Şura həmçinin Rusiyaya dənizçilik naviqasiyası malları və radio kommunikasiya texnologiyalarının ixracı ilə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Belə ki, Rusiyada fiziki və ya hüquqi şəxsə, orqana və ya quruma, Rusiyada istifadə etmək və ya Rusiya bayrağı altında üzən gəminin göyərtəsində yerləşdirmək üçün dənizçilik naviqasiyası malları və texnologiyalarının hər hansı fiziki və ya hüquqi şəxsə birbaşa və ya dolayı yolla satışı, tədarükü, ötürülməsi və ya ixracı qadağan edilir.

Bundan əlavə, Aİ kriptovalyutalarla təmin edilmiş kreditlərin də sanksiyalara məruz qaldığını açıqlayıb. Kriptovalyutalar indi “köçürülə bilən qiymətli kağızlar” anlayışına daxil edilir.

Əlavə olaraq, Aİ banklarında İsveş və İslandiya, Lixtenşteyn və Norveş vətəndaşlarının adlarına 100 000 avrodan artıq depozitlərin qəbulu dayandırılır. 

Şura həmçinin 160 fərdi şəxsi investisiya xidmətləri, köçürülə bilən qiymətli kağızlar, pul bazarı alətləri və kreditlərlə bağlı qadağalara məruz qalan hüquqi şəxslər, təşkilat və orqanlar siyahısına əlavə edib. 

Sonuncu siyahıya daxildir:

– Rusiya Federasiyası üçün əhəmiyyətli gəlir mənbəyini təmin edən iqtisadiyyatın əsas sektorlarında, xüsusən metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, telekommunikasiya və rəqəmsal texnologiyalar sənayesi sahələrində iştirak edən 14 oliqarx və tanınmış iş adamı, habelə onların ailə üzvləri.

– “Rusiya Federasiyası ilə Donetsk Xalq Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” və “Rusiya Federasiyası ilə Luqansk Xalq Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” adlı hökumətin qərarlarını ratifikasiya edən Federasiya Şurasının 146 üzvü.

Hazırda Aİ-nin məhdudlaşdırıcı tədbirləri ümumilikdə 862 fiziki və 53 hüquqi şəxsə şamil edilir.

Daha çox öyrən

Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlaması

Avropa Komissiyasının mətbuat üçün açıqlaması




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,