Ukraynaya hərbi dəstək məqsədilə əlavə 500 milyon avro ayrılacaq
Mart 24, 2022

Ukraynaya hərbi dəstək məqsədilə əlavə 500 milyon avro ayrılacaq


Martın 22-də Aİ xarici işlər nazirlərinin Brüssel görüşündə Ukraynaya silah və hərbi texnika şəklində daha 500 milyon avro maliyyə yardımının verilməsi barədə razılığa gəliblər. Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, bütün üzv dövlətlər diplomatik səviyyədə, beynəlxalq arenada, iqtisadi və maliyyə cəhətdən, humanitar yardım və Ukrayna silahlı qüvvələrinə dəstək formasında “Ukraynaya dəstək verməkdə son dərəcə həmrəylik nümayiş etdirirlər”

O, əlavə edib ki, Aİ “Rusiyanın hərbi cinayətlərini və beynəlxalq humanitar hüququ kobud şəkildə pozulmasını kəskin şəkildə pisləməyə və bu ölkəni təcrid etməyə davam edəcək”.

Müdafiə və Xarici İşlər nazirlərinin birgə iclasında Avropa İttifaqı Şurası Aİ-nin təhlükəsizlik və müdafiə siyasətini gücləndirmək üçün “Strateji Kompas” qəbul edilib. Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin sözlərinə görə, bu sənədin qəbulu “birlik və qətiyyətin” nümayişidir. O, əlavə edib ki, bu proqram Ukraynadakı müharibəyə cavab olaraq qəbul edilməyib. “Biz iki il əvvəl Strateji Kompas üzərində işləməyə başladıq, amma indi, mənə elə gəlir ki, hər bir Avropa vətəndaşı bu sənədin məqsədinin Avropa İttifaqının təhlükəsizliyin təminatçısı kimi rolunu gücləndirmək olduğunu başa düşdüyü bir məqamda ​​onu təsdiqləməyin əsl vaxtındadır”. 

Borrell bildirib ki, Aİ-nin hərbi xərcləri bu gün təxminən 200 milyard avro təşkil edir ki, bu da Rusiyanın hərbi xərclərindən təxminən dörd dəfə çoxdur. Lakin onun fikrincə, Aİ təhlükəsizlik və müdafiə sahəsinə ÜDM-in 1,5%-dən daha çox maliyyə vəsaiti ayırmalıdır. “Biz daha çox xərcləməliyik. Amma bunu daha səmərəli şəkildə etməliyik. Təkrarlara və boşluqlara yol vermədən”. O əlavə edib ki, Aİ Avropa ordusu yaratmaq istəmir və Aİ-yə üzv dövlətlərin öz orduları olacaq.

Borrel əlavə edib ki, Avropa İttifaqı Şurası “Aİ-nin sürətli yerləşdirmə qabiliyyəti” planı ilə bağlı razılığa gəlib. Bu plan Aİ-yə fövqəladə hallara cavab vermək üçün təchiz edilmiş 5 000-ə qədər yaxşı təlim keçmiş hərbçini səfərbər etməyə imkan verəcək. “Biz komanda və nəzarət bacarıqlarımızı təkmilləşdirəcək və birgə döyüş təlimləri keçirəcəyik. Əvvəllər olmadığı kimi”, – deyə Borrel əlavə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Borrelin qeydləri



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,