Ukrayna: Avropa Komissiyası ukraynalı qaçqınların Aİ daxilində tibbi transferi üzrə xüsusi mexanizm yaradıb
Mart 10, 2022

Ukrayna: Avropa Komissiyası ukraynalı qaçqınların Aİ daxilində tibbi transferi üzrə xüsusi mexanizm yaradıb


Martın 8-də Avropa Komissiyası tibbi yardıma ehtiyacı olan ukraynalıların Aİ-yə üzv ölkələr arasında sürətli hərəkəti üçün xüsusi sistem yaradıb.

Ukrayna ilə həmsərhəd olan üzv dövlətlərin səhiyyə sistemlərinin yükünü azaltmaq üçün Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Erkən Xəbərdarlıq və Mübarizə Sistemi çərçivəsində xüsusi mexanizm yaradılmışdır. Bu mexanizm vasitəsilə Aİ-yə üzv dövlətlər tibbi yardıma ehtiyacı olan xəstələrin köçürülməsi üçün dəstək tələb edə bilər. Mexanizm Aİ-yə həmsərhəd ölkələrdə ukraynalı xəstələrin ehtiyaclarını Aİ-yə digər üzv dövlətlərin xəstəxanalarındakı imkanlar ilə uyğunlaşdırmağa, həmçinin lazımi məlumatların təhlükəsiz mübadiləsinə kömək edəcək.

“Ailələri parçalayan və ağlasığmaz iztirablara səbəb olan Rusiya işğalı qarşısında minlərlə insan təcili müalicə və tibbi qulluğa ehtiyac duyaraq Ukraynanı tərk edirlər. Buraya münaqişə qurbanları və davamlı tibbi qulluğa ehtiyacı olanlar, məsələn, xərçəng xəstələri daxildir”, – deyə Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Komissar Stella Kıriakides bildirib. “Aİ-nin fəaliyyətləri sayəsində artıq 10 000 çarpayımız var və xəstələrin onlara mümkün qədər tez çatmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik.”

Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç bildirib ki, “Aİ-nin Fövqəladə Hallarla Mübarizə üzrə Koordinasiya Mərkəzi Ukraynaya bu qəddar işğalın ilk günündən səfərbər edilmiş misli görünməyən yardımı əlaqələndirmək üçün gecə-gündüz işləyir”. O əlavə edib ki, Aİ-nin Mülki Müdafiə Proqramı xəstələrin köçürülməsinə kömək etməyə hazırdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,