Ukrayna: Aİ daxili işlər fondlarından əlavə olaraq 420 milyon avroya qədər maliyyə dəstəyi ayırmağa hazırlaşır

Ukrayna: Aİ daxili işlər fondlarından əlavə olaraq 420 milyon avroya qədər maliyyə dəstəyi ayırmağa hazırlaşır

Mart 18, 2022

Martın 16-da Aİ səfirləri 2014-2020-ci illər üzrə Daxili İşlər Fonduna və 2021-2027-ci illər üzrə Sığınacaq, Miqrasiya və İnteqrasiya Fonduna dəyişiklik təklifi ilə bağlı danışıqlar aparmaq üçün Şuranın mandatı ilə bağlı razılığa gəliblər. Sürətli həll prosesinin bir hissəsi kimi təklif edilən düzəlişlər Ukraynalı qaçqınları qəbul etmək üçün əlavə resurslar təmin edəcək.

Təklif olunan dəyişiklik 2014-2020-ci illər üzrə Daxili İşlər Fondunun maliyyə vəsaitlərinin müddətini bir il uzadacaq və əvvəllər başqa məqsədlər üçün nəzərdə tutulmuş xərclənməmiş sığınacaq və miqrasiya fondlarından istifadə imkanı yaradacaq. Bununla da İttifaqa üzv dövlətlər Ukraynalı qaçqınların kütləvi axını ilə mübarizə üçün qalan vəsaitdən təcili istifadə edə biləcək. İstifadə olunmamış vəsaitlərdən təxminən 420 milyon avroya qədər əlavə maliyyə vəsaitinin ayrılması gözlənilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,