ŞT ölkələrindən olan tələbələr, Avropa arxivində işləmək üçün Avropa Universiteti İnstitutundan qrant ala biləcəklər
Mart 12, 2021

ŞT ölkələrindən olan tələbələr, Avropa arxivində işləmək üçün Avropa Universiteti İnstitutundan qrant ala biləcəklər


Avropa Universitet İnstitutu (EUI) və Beynəlxalq Vişeqrad Fondu (IVF), Şərq Tərəfdaşlığı ölkələrindən olan gənc alimləri Avropa İttifaqının sözügedən institutun tarix arxivində “Avropaya inteqrasiya” mövzusunda araşdırma aparmaq məqsədilə qrant almağa dəvət edir.

Magistr dərəcəsi olan tələbələr, doktorantlar və bu müsabiqəyə qatılmazdan on il əvvəl magistr və ya doktorantura dərəcəsi alan və hazırda akademik vəzifə tutan bütün doktorantlar və ya universitet müəllimləri qrant almaq üçün müraciət edə bilərlər.

Seçilmiş namizədlər, hüquq, tarix, politologiya, iqtisadiyyat, sosiologiya və dövlət idarəçiliyi daxil olmaqla humanitar və sosial elmlərin hər hansı birində Avropaya inteqrasiya mövzusunda nəşr (dissertasiya, kitab və ya tədqiqat məqaləsi) hazırlayacaqlar.

2021-ci ildən 2022-ci ilədək Vişeqrad Fondu on qrant ayıracaq. 

Mövcud pandemiya səbəbindən İnstitutun yerləşdiyi Florensiya şəhərinə səyahətə icazə verilərsə, tədqiqatçılara  EUI-nin beynəlxalq elmi icmalarından faydalanaraq araşdırmalarını yerində aparmağa icazə veriləcək. 

2021-2022-ci illəri əhatə edən bu ilki qrant proqramı üçün iki dəfə müraciət etmək mümkündür: 30 aprel 31 oktyabr tarixinədək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Beynəlxalq Vişeqrad Fondu (IVF)



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,