Sehrli dünyanızı nümayiş etdirin! Avropa Həmrəylik Korpusu musiqi yarışması keçirir
Yanvar 28, 2021

Sehrli dünyanızı nümayiş etdirin! Avropa Həmrəylik Korpusu musiqi yarışması keçirir


Yanvarın 25-də Avropa Həmrəylik Korpusu musiqi yarışmasına start verib. Daha inklüziv cəmiyyətin qurulmasında, aztəminatlı insanlara dəstəyin göstərilməsində və sosial problemlərə qarşı mübarizədə gəncləri bir araya gətirmək məqsədi daşıyan yarışmada Avropa Həmrəylik Korpusunun (ESC) yüksək dəyərlərini və həqiqi ruhunu təmsil edən mahnılar axtarılır.

Yarışmada 18-31 yaş arası bütün yaradıcı insanlar və Avropa Həmrəylik Korpusundan ilhamlanan insanlar iştirak edə bilələr. İştirakçılar Avropa Həmrəylik Korpusunun portalında qeydiyyatdan keçməli və  bu korpusun fəaliyyətində (hazırda və ya əvvəllər) iştirak etməlidirlər.

Mahnılar birbaşa Avropa Həmrəylik Korpusunun tətbiqində yazıla və ya mobil telefonun qalereyasından yüklənə bilər. Yarışma 10 aprel 2021-ci ilədək davam edəcək.

On nəfərədək finalçıya ESC məlumat dəsti və 100 avro dəyərində kupon veriləcək. Əlavə olaraq, tətbiqdə keçiriləcək ictimai səsvermədən sonra bir mahnı qalib olaraq seçiləcək. Qalib gələn mahnını təqdim edən şəxsə bir aya qədər Aİ-nin yeddi ölkəsinə qatarla səyahət etmək üçün İnterrail şirkətinin bileti və ya eyni məbləğ dəyərində kupon verilir.

Avropa Həmrəylik Korpusu (18-30 yaş arası) gənclərə könüllü olmaq və ya Avropadakı cəmiyyətlərə və insanlara fayda gətirən layihələrdə iştirak etmək üçün imkanlar yaradan bir Avropa İttifaqı təşəbbüsüdür. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynada yaşayan gənclər təşkilatları və fərdi (18-30 yaş) gənclər ESC-nin könüllülük fəaliyyətlərində iştirak edə bilərlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şərt və qaydalar



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,