Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Bakıdakı etiraz aksiyasına polis müdaxiləsini pisləyir
Dekabr 8, 2021

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Bakıdakı etiraz aksiyasına polis müdaxiləsini pisləyir


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) Koordinasiya Komitəsi dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı polisin “proporsional olmayan zorakı reaksiyasını”, eləcə də Azərbaycanda sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyib.

Dekabrın 1-də əksəriyyəti qadınlar, vətəndaş cəmiyyəti üzvləri, gənc fəallar və siyasi partiyaların üzvlərindən ibarət 50-yə yaxın vətəndaş siyasi məhbusların, xüsusilə də son 26 gün ərzində aclıq aksiyası keçirən Saleh Rüstəmlinin qanunsuz həbsinə qarşı səslərini ucaltmaq üçün bir araya gəlib. EaP CSF-in bəyanatında bildirilir ki, dinc mitinq polis qüvvələri tərəfindən zorakılıqla dağıdılıb, çoxlu etirazçı yaralanıb, saxlanılıb və həbs edilib.

EaP CSF Koordinasiya Komitəsi Azərbaycan hökumətini bu cür həddindən artıq güc tətbiqini pisləməyə və vətəndaşların konstitusiya hüquqlarına hörmət etməyə çağırır. 

Siyasi motivli cinayət ittihamları ilə saxlanılan bütün vətəndaşlar və həmin iki mitinqə görə inzibati ittihamlarla saxlanılan şəxslər dərhal azadlığa buraxılmalıdır”, – bəyanatda deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,