Şərq Tərəfdaşlığı ölkələri üçün startap ekosistemi platforması istifadəyə verilib
Yanvar 31, 2022

Şərq Tərəfdaşlığı ölkələri üçün startap ekosistemi platforması istifadəyə verilib


Yanvarın 27-də EU4Digital rəsmi olaraq Şərq Tərəfdaşlığı ölkələri üçün startap ekosistemi platformasını istifadəyə verib. Bu platforma regional startap ekosistemi mənzərəsini izləməyə yönəlmiş əsas alət olaraq işlənib hazırlanmışdır və startaplar, innovasiyalar, investorlar və maliyyələşdirmə imkanları və buna oxşar sahələr haqqında məlumatlar təmin edəcək.

İnteraktiv platformada digər müxtəlif iştirakçılarla yanaşı, 2 500-dən artıq startap toplanıb. İlkin məlumatlara əsasən platformada startapların cari ümumi korporativ dəyəri 62 milyard avrodan çoxdur və 2021-ci ildə 668 milyon avro təşkil edib.

Hal-hazırda platformada qeydiyyatdan keçmək mümkündür. Burada istifadəçilərə tərəfdaşların axtarışı üzrə alətlər, Şərq Tərəfdaşlığı ölkələrində startap və texnologiya ekosisteminə dair etibarlı məlumatlar, eləcə də məlumatlara əsaslanan siyasətin hazırlanması və qərarların qəbulu prosesinin asanlaşdırılmasına dəstək vermək üçün makro səviyyəli tendensiyalar təqdim edilir.

Platformadan bir sıra istifadəçi yararlanır: dövlət qurumları və normayaradan qurumlar, vençur kapitalı müəssisələri, mələk investorlar və digər investorlar, startaplar və böyüməkdə olan şirkətlər, tədqiqatçılar və jurnalistlər, universitetlər, xidmət təminatçıları, akseleratorlar.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,