Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun illik toplantısı keçiriləcək

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun illik toplantısı keçiriləcək

Noyabr 30, 2021

Şərq Tərəfdaşlığı ölkələri və Aİ-dən olan 300-dən artıq vətəndaş cəmiyyəti təşkilatı və normayaradan orqanların nümayəndələri noyabrın 30-dan dekabrın 2-dək “Bərpaya gedən yol: daha güclü Şərq Tərəfdaşlığı üçün islahatların və davamlılığın təşviqi” mövzusunda keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) 13-cü illik toplantısında onlayn formatda görüşəcəklər.

Toplantıda 15-16 dekabr 2021-ci il tarixlərində keçiriləcək 6-cı Şərq Tərəfdaşlığı Sammiti öncəsi görülən işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.

ŞT Sammitindən öncə məruzəçilər altı Şərq Tərəfdaşlığı ölkəsində bərpa və dayanıqlılığa aparan yolda vətəndaş cəmiyyətinin həlledici rolunu müzakirə edəcəklər. Onlar Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı fikirlərini bölüşərək ŞT ölkələrində mövcud problemlər və zəruri tədbirləri ön plana çəkəcəklər. Bundan əlavə, pandemiyadan sonrakı dövrdə bərpa prosesinə diqqətin artırılmasının əhəmiyyəti vurğulanacaq.

ŞT Sammitindən öncə vətəndaş cəmiyyəti tərəfindən səsləndirilən mesajlara əsaslanaraq, yeni ŞT proqramının ən yaxşı şəkildə tətbiqi ilə bağlı müzakirələrdə təhlükəsizlik məsələləri, hesabatlılıq və vətəndaş cəmiyyətinin əhəmiyyətli iştirakı diqqət mərkəzində olacaq.

Daha çox öyrən

EaP CSF illik toplantısının internet səhifəsi

EaP CSF illik toplantısının gündəliyi – Demokratiyasız bərpa mümkün deyil: qanunun aliliyi və demokratik hesabatlılıq bərpa, dayanıqlıq və islahatların əsasını təşkil edir




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,