Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul olunub

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul olunub

Dekabr 16, 2021

2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövlət və ya hökumət başçıları, Avropa İttifaqının nümayəndələri və ittifaqa üzv ölkələrin dövlət və ya hökumət başçılarının iştirakı ilə sammit keçirilib. 

Sammitdə iqtisadiyyat, idarəçilik, ətraf mühit, rəqəmsallaşdırma və cəmiyyət kimi beş mühüm sahə diqqət mərkəzində olub. Bu prioritetlər qarşıda duran vəzifələr və imkanlar, xüsusilə yaşıl və rəqəmsal texnologiyalara keçid, eləcə də pandemiyadan sonrakı bərpa prosesi nəzərə alınmaqla Avropa Qonşuluq alətinin keçmiş nailiyyətlərinə əsaslanır.

Şərq Tərəfdaşlığı Sammitin sonunda birgə bəyannamə qəbul olunub. İştirakçılar daha əvvəl keçirilən sammitlərdə üzərlərinə götürdükləri öhdəlikləri və ikitərəfli razılaşmaları bir daha təsdiqləyərək onların gələcəkdə icrasına dair qətiyyət ifadə ediblər. “Bu yolda iddialı islahat proqramımız və artan əməkdaşlığımız tərəqqi və dəstək üçün zəruri şərt olaraq qalır: rifahın artırılması və regionda, xüsusən də COVID-19 pandemiyası kontekstində sülhün, sabitliyin, dözümlülüyün və möhkəmliyin gücləndirilməsi”, – bəyanammədə belə deyilir.

Sənəddə həmçinin Şərq Tərəfdaşlığı regionunun bir çox yerlərində sülh, təhlükəsizlik və sabitliyə təhlükə yaradan sabitliyin və beynəlxalq hüququn prinsiplərinin pozulması halları ilə bağlı iştirakçıların dərin narahatlığı ifadə edilir.

Bəyannamədə qeyd olunur ki, Aİ Belarus hakimiyyətinin Şərq Tərəfdaşlığında iştirakını dayandırmaq qərarından təəssüflənir. Buna baxmayaraq, demokratik Belarus üçün qəbul olunan və 3 milyard avroya yaxın maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan hərtərəfli iqtisadi dəstək planı Aİ-nin Belarus xalqının demokratik seçimini dəstəkləmək öhdəliyini əks etdirir.

Eyni zamanda Aİ üç assosiativ tərəfdaşın – Gürcüstan, Moldova və Ukraynanın Aİ ilə əməkdaşlığı genişləndirmək təşəbbüsünü tanıyıb. Avropa İttifaqı həmçinin Assosiasiya Sazişləri və Dərin və Hərtərəfli Azad Ticarət Zonası üzrə razılaşmaların (DCFTA) icrası ilə bağlı ümumi maraq kəsb edən məsələlər, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üzrə bu ölkələr arasında artan koordinasiyanı diqqətdə saxlayır. Eyni zamanda, Aİ və maraqlı tərəfdaşlar Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə davam edən danışıqlardakı irəliləyişləri alqışlayıblar.

Bəyannamədə həmçinin “Bərpa, dayanıqlılıq və islahat” adlı yeni Şərq Tərəfdaşlığı proqramının iki əsas komponent – idarəçilik və investisiya ətrafında qurulduğu bir daha qeyd olunub. Region üçün 17 milyard avroya qədər dövlət və özəl investisiyaları səfərbər etmək potensialına malik 2,3 milyard avroluq regional İqtisadi və İnvestisiya Planı ilə Aİ yeni ŞT proqramını dəstəkləməyi nəzərdə tutur.

Sammit iştirakçıları 2023-cü ildə keçiriləcək növbəti Şərq Tərəfdaşlığı Sammitini səbirsizliklə gözlədiklərini və bu sammitin “yeni nəslin prioritetləri və qarşıda duran vəzifələrinin həyata keçirilməsini qiymətləndirmək və nəzərdən keçirmək üçün mühüm addım olacağını” vurğulayıblar. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,