Şərq Tərəfdaşlığı sammitinə həsr olunan yeni səhifə ziyarətçilərin üzünə açıqdır

Şərq Tərəfdaşlığı sammitinə həsr olunan yeni səhifə ziyarətçilərin üzünə açıqdır

Dekabr 15, 2021

6-cı Aİ Şərq Tərəfdaşlığı (ŞT) Sammiti dekabrın 15-də Aİ və Şərq Tərəfdaşlığı ölkələri liderlərinin Brüsseldə görüşü zamanı baş tutacaq. Sammitin gündəliyində duran əsas mövzular, bütün son xəbərlər, məlumatlar və resurslar “EU Neighbours east” internet səhifəsində sammitə həsr olunan – https://euneighbourseast.eu/az/s%c9%99rq-t%c9%99r%c9%99fdasligi-sammiti/ səhifəsində yerləşdirilib.

Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı bütün son xəbərləri, əsas mövzulara dair köməkçi materialları (sammitin əhəmiyyəti, Aİ-nin COVID pandemiyası ilə bağlı regiona dəstəyi) və Aİ-nin ŞT üzrə yeni investisiya planı, eləcə də hər bir ölkə üzrə milli prioritetləri özündə əks etdirən məlumat bülletenlərini və media üçün resursları həmin səhifədə bütün tapa bilərsiniz.

Sammitdə əsas diqqət iqtisadiyyat, idarəçilik, ətraf mühit, rəqəmsallaşdırma və cəmiyyət kimi beş mühüm sahəyə yönələcək. Bu prioritetlər qarşıda duran vəzifələr və imkanlar, xüsusilə yaşıl və rəqəmsal texnologiyalara keçid, eləcə də pandemiyadan bərpa nəzərə alınmaqla Avropa Qonşuluq alətinin keçmiş nailiyyətlərinə əsaslanır.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,