Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib

Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib

Noyabr 17, 2021

Noyabrın 15-də Aİ və altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sədrliyi ilə Şərq Tərəfdaşlığı (ŞT) nazirlərinin görüşünə toplaşıblar. Görüşdə Aİ-nin Ali Nümayəndəsi Oliver Varhelyi də iştirak edib.

“Şərq tərəfdaşlarımızla çox yaxşı debat apardıq. Belarus dəvət olunmamışdı, amma biz belarus xalqı üçün simvolik olaraq boş yer saxladıq”, – deyə Borrel bildirib.

İştirakçılar xüsusilə dövlət idarəçiliyi və sərmayələr, eləcə də dayanıqlıq, bərpaislahatlar üçün tərəfdaşlıqların gücləndirilməsinə diqqət çəkərək tərəfdaşlıqların yeni səviyyəyə çatdırılması və bununla da insanlara fayda təmin etməsinə dair fikir mübadiləsi aparıblar.

Nazirlərin görüşü Aİ-nin regionla bağlı siyasətinə sadiqliyini və ümumi problemlərin həllində əməkdaşlıq etmək üçün siyasi iradəsini bir daha təsdiqləyib. Nazirlər həmçinin iddialı yeni Aİ-ŞT proqramının praktiki icrasına toxunublar.

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel Aİ-nin lazımi islahatları dəstəkləməyə davam edəcəyini, eyni zamanda bu islahatlarda fəal iştirak edənlərə gözəçarpan faydalar təmin edəcəyini vurğulayıb.

Nazirlər arasındakı müzakirələr 2021-ci ilin dekabrında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq işlərinə töhfə verəcək. Sözügedən sammit Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasındakı əməkdaşlığa və 2020-ci ildən sonrakı proqrama yeni baxış təqdim edəcəyi gözlənilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,