Səmərəli idarəçilik üzrə tərəfdaşlıq proqramı Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini və 2021-ci il üzrə planlarını təqdim edəcək

Səmərəli idarəçilik üzrə tərəfdaşlıq proqramı Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini və 2021-ci il üzrə planlarını təqdim edəcək

Fevral 5, 2021

Aİ və Avropa Şurasının birgə icra etdiyi Səmərəli idarəçilik üzrə tərəfdaşlıq (PGG) proqramı fevralın 1-də proqramın koordinasiya komitəsinin iclasında Azərbaycandakı fəaliyyətinin nəticələrini, o cümlədən 2021-ci il üzrə planlarını açıqlayacaq.

Tədbir iştirakçıları COVİD-19 virusunun proqramın icrasına təsirini qiymətləndirəcək, eləcə də məhkəmə, korrupsiya və diskriminasiya ilə mübarizə sahələrində yerli islahatların həyata keçirilməsi baxımından Azərbaycan hökumətinin son dərəcə vacib əhəmiyyət daşıyan ehtiyaclarını qarşılamaq üçün layihənin işçi heyəti tərəfindən fəsadların azaldılması istiqamətində görülən tədbirləri müzakirə edəcəklər.

Sözügedən proqram 2019-2021-ci illəri əhatə edən dövrdə Azərbaycanda ümumi büdcəsi təxminən 2 milyon avro təşkil edən üç yerli layihə həyata keçirir. Bu layihələr adı çəkilən ölkədə dövlət orqanlarına çirkli pulların yuyulması və aktivlərin bərpasına qarşı mübarizə, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması, İstanbul Konvensiyası və Gender bərabərliyi standartları barədə məlumatlılığın artırılmasına kömək edir.

Azərbaycan həmçinin iqtisadi cinayətlərin qarşısının alınması və onlarla mübarizə, qadınların ədalət mühakiməsi orqanlarına çıxış imkanının asanlaşdırılması və ayrı-seçkilik, ksenofobiyaya əsaslanan cinayətlərin və ksenofobiya qurbanları üçün məhkəmədən kənar kompensasiya mexanizmləri vasitəsilə ədliyyə orqanlarına çıxışın genişləndirilməsinə yönəlmiş regional PGG layihələrində iştirak edir. Bu layihələrin ümumi büdcəsi təxminən 3,7 milyon avro təşkil edir.

Layihələrin 80%-i Aİ, qalan hissəsi isə Avropa Şurası tərəfindən maliyyələşdirilir və sonuncu onların həyata keçirilməsinə cavabdehdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Azərbaycanda icra olunan PGG layihələri



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,