Rusiyaya məxsus iyirmi bir aviaşirkət Aİ-nin aviasiya təhlükəsizliyi üzrə “qara siyahısına” salınıb 
Aprel 13, 2022

Rusiyaya məxsus iyirmi bir aviaşirkət Aİ-nin aviasiya təhlükəsizliyi üzrə “qara siyahısına” salınıb 


Aprelin 11-də Avropa Komissiyası Rusiyada fəaliyyət göstərən 21 hava yolları şirkətini Aİ-nin hava nəqliyyatında təhlükəsizliyə dair “qara siyahısına” əlavə edib. Bu, beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün Avropa İttifaqında qadağan edilən və ya fəaliyyətinə məhdudiyyətlər tətbiq edilən aviaşirkətlərin siyahısıdır. Avropa Komissiyasının mətbuat üçün açıqlamasında deyilir ki, bu qərar Aİ-nin təhlükəsizliklə bağlı ciddi narahatlığını əks etdirir. Belə ki, Rusiya xarici təyyarələri məcburi şəkildə yenidən qeydiyyata almaqla onların etibarlı yararlılıq sertifikatları olmadan uçuşuna bilərəkdən icazə verir. “Bu, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarının pozulmasıdır”, – Komissiyanın mətbuat üçün açıqlamasında qeyd olunub.

“Bu, Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) açıq-aşkar pozulması ilə yanaşı, təhlükəsizliyə birbaşa təhdiddir”, – deyə Aİ-nin Nəqliyyat üzrə Komissarı Adina Valean bildirib. O, əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz hərbi təcavüzü dövründə qəbul edilməsinə baxmayaraq, sözügedən qərar Rusiyaya qarşı növbəti sanksiya deyil: “Bu qərar yalnız texniki və təhlükəsizlik səbəbləri əsasında qəbul edilib. Biz təhlükəsizliyi siyasətlə qarışdırmırıq”.

Hazırda ümumilikdə 117 aviaşirkətin Aİ hava məkanında fəaliyyətinə qadağa qoyulub. Fevralın 27-də Aİ Rusiyada qeydiyyatda olan və ya Rusiyanın nəzarətində olan bütün təyyarələrin Aİ-nin hava məkanına daxil olmasına qadağa qoyub. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Sual-cavab: Avropa Komissiyası Aİ-nin hava nəqliyyatında təhlükəsizliyə dair yeni siyahısını qəbul edib



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,